Modern.az

29 qazi üçün xaricdən protez gətiriləcək

29 qazi üçün xaricdən protez gətiriləcək

16 Sentyabr 2021, 11:54

“Yuxarı ətrafları amputasiya olunmuş 29 qazinin yaxın günlərdə protezlə təminatı prosesinə başlanılacaq”.

 

Modern.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib.

 

Onun sözlərinə görə, İslandiyanın ÖSSUR şirkətinin Rusiya nümayəndəliyinin mütəxəssisləri ilə birgə müvafiq ölçülər götürülüb:

 

“Yaxın günlərdə onların yüksək texnologiyalı protezlərlə təminatı prosesinə başlanılacaq”.

 

Fidan İlqar

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir