Modern.az

"Doing Business" hesabatının verilməsi dayandırılır

Dünya

16 Sentyabr 2021, 21:31

Dünya Bankı müxtəlif ölkələrdə biznesin vəziyyəti ilə bağlı hər il yayımladığı "Doing Business" hesabatını verməyi dayandıracaq.

 

Modern.az xəbər verir ki, bu barədə Dünya Bankının saytında məlumat yayılıb.

 

Bankın biznes və investisiya mühitinin qiymətləndirilməsi üçün yeni yanaşma üzərində işləyəcəyi qeyd olunur.

 

Xatırladaq ki, ötən il Dünya Bankı "Doing Business" hesabatının dərcini müvəqqəti dayandırmışdı. Bildirilir ki, 2017 və 2019-cu illərin oktyabr ayında dərc olunmuş "Doing Business 2018" və "Doing Business 2020" hesabatlarında məlumatların dəyişdirilməsi ilə bağlı bir sıra pozuntuların olması məlum olub. Məlumatlarda bu dəyişikliklər "Doing Business" metodologiyasına uyğun olmayıb.

 

7 illik mövcudluğu müddətində "Doing Business" hesabatı biznes fəaliyyəti ilə məşğul olma xərclərini ölçmək istəyən ölkələr üçün dəyərli vasitə olub. "Doing Business" indikatorları və metodologiyası hansısa ayrıca götürülmüş ölkəni nəzərə almır, əksinə, ümumi biznes mühitinin yaxşılaşdırılmasına kömək edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı