Arxiv
17 Sentyabr 2021, 11:08 | AKTUAL
Qurban Qurbanovun hərəkətində nə qəbahət var? - Deputat YAZDI

Fazil Mustafa

Tanınmış insanların ictimai həyatda davranışlarının cəmiyyət içində müzakirə olunmasına normal yanaşmaq lazımdır. Bir çox insan bu davranışlardan özü üçün müəyyən məqamları əxz edərək, faydalanmaq istəyir. Yaxud da müşahidə etdiyi yanlış davranışdan ibrət götürərək, onu təkrarlamamağa çalışır. Yetər ki, bu cür müzakirələr təhqirsiz, söyüşsüz olsun, əsassız ittihamlar yer almasın.
Azərbaycanda əsasən siyasi və dindar mühitində bu çirkin üslub geniş yayıldığına görə hər hansı bir fikrin qarşısında xeyli fikir qatilləri dikəlir və insanın sözünü qoyub özünün üzərinə şığımaqla heç nəyi əqli-səlim müzakirə etməyə imkan tanımırlar.
İndi də sosial müzakirə Azərbaycanın gerçək dəyərlərindən olan, futbolumuzun inkişafında mübahisəsiz ən böyük rolu olan, peşəkarlığı və mütəvazi şəxsiyyəti ilə seçilən, yaxından tanıdığım, hətta bir yerdə futbol da oynadığım, hətta birlikdə ibadət də etdiyim Qurban Qurbanovun mətbuat konfransından öncə pivə butulkasının yığışdırılmasını tələb və təmin etməsi üzərində gedir. Əvvəla onu deyim ki, dünənki oyun hər nə qədər heç-heçə tamamlansa da, "Qarabağ" özünəməxsus səviyyəli futbol ortaya qoydu və hər kəsin təqdirrini qazandı. İllərdir bu cür oyun intizamı və sistemi pozulmayan, parlaq liderləri olmadığı halda kollektiv oyunla bunu kompensasiya edən bir komanda yaradılmasının və Azərbaycanın başını uca edilməsinin birbaşa Qurbanın böyük zəhməti hesabına başa gəldiyi kimsəyə sirr deyil. Həm də söhbət dünyada "Qarabağ" adının təbliğindən gedirsə, bu sahədə inanılmaz dərəcədə böyük bir təbliğat missiyasını da məhz bu komanda öz üzərinə götürərək ermənilərə mənəvi sarsıntı yaşatmağa da nail olmuşdur. Bunlar öz yerində.

İndi gələk mətbuat konfransında pivə qablarının masadan yığışdırılması məsələsinə. Bu cür durumlarda hər kəs birinci sualı özündən başlamalıdır. Sual: Şəxsən mən, bu cür situasiyada necə davranardım? Cavab: Heç tərəddüdsüz o pivə qablarını qarşımdan dərhal yığışdırardım. İslam inancı ilə bağlı məqamı bir kənara qoyuram, baxmayaraq ki, bunun da məsələyə əhəmiyyətli təsiri var. Lakin hər hansı bir inanc insanın daxili məsələsi olduğundan, belə şərtlərdə inancı gözə soxmaq insanlarımız tərəfindən haqlı olaraq xoş qarşılanmır. Sadəcə bir səbəbə görə bunu edərdim: özümə rəva görmədiyim bir içkini başqası üçün reklam etməmək haqqıma görə.

Mən Ronaldunun da Koka-Kola ilə bağlı hərəkətinə haqq qazandırmışdım. Maraqlıdır ki, özüm Azərbaycan Xüsusi Olimpiya komitəsinin prezidentiyəm və bizim Olimpiya hərəkatının da sponsoru Koka-Kola firmasıdır. Ancaq mənşəyi bəlli olmayan bu içkini özüm içmirəmsə, başqalarına da tövsiyə etmirəmsə, necə reklam edə bilərəm? Masada məhz mənim üçün ayrılan sahədə öz hüququmu gerçəkləşdirməyə irad bildirmək nə dərəcədə məntiqli olardı? Qurban Qurbanov da inanc və ya başqa səbəbdən zərərli hesab etdiyi bir içkini o anda özünə ayrılmış sahədə reklamdan imtina edibsə, burada qəbahət nə var?

Başqasının qarşısından götürsəydi, buna irad səsləndirmək bəlkə də uyğun görünərdi, ancaq burada kimsənin pivə içmək və ya onu reklam etmək hüququna müdaxilə etməyib ki?

Bu günlərdə oxuyub tamamladığım bir əsərdən kiçik bir epizod yadıma düşdü. Ayn Rand adlı məşhir amerikan yazarı və obyektivist fəlsəfənin banisi haqqında intellektual bioqrafiyanı oxuyarkən maraqlı bir mübahisə qarşıma çıxdı. Demək Ayn Rand zalda öz fəlsəfəsi barədə mühazirə oxuyur, bir qadın yaxınlaşıb onun fotoaparatla şəklini çəkir. Bu halda qəzəblənən Ayn ondan tələb edir ki, lenti çıxarıb həmin şəkli dərhal silsin. Və bunu edənə qədər çıxış etməyi dayandırır. Səbəb açıqdır: Ayn Randa görə onun vücudu onun xüsusi mülkiyyəti olduğu üçün icazəsiz kimsə vücudunun şəklini çəkə bilməz! Beləcə dostlar, nəticəni düşünərək özünüz çıxarın.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Taliban" Moskvada iqtisadi və siyasi dəstək istəyəcək 20 Oktyabr 2021, 00:55 Sabirabadda ev yandı 20 Oktyabr 2021, 00:23 Sabiq konsul Elnur Əşrəfoğludan YAZDI 20 Oktyabr 2021, 00:23 XİN-dən Zəngilanla bağlı PAYLAŞIM 20 Oktyabr 2021, 00:19 Zəngilanın işğaldan azad edilməsindən 1 İL ÖTÜR 20 Oktyabr 2021, 00:06 Türkiyədə daha 223 nəfər COVID-in qurbanı oldu 19 Oktyabr 2021, 23:53 Paşinyan Qarabağ məsələsindən yaxa qurtarmaq istəyir - TƏHLİL 19 Oktyabr 2021, 23:31 Bir ailə göbələkdən zəhərləndi: Ölən var 19 Oktyabr 2021, 23:29 Münhen aeroportunda 1,2 ton narkotik müsadirə edildi 19 Oktyabr 2021, 23:00 Koronavirusdan vəfat edən Elnur Əşrəfoğlu kim idi? - DOSYE 19 Oktyabr 2021, 22:52 Afrikada güc mübarizəsi: Türkiyənin mövqeyi 19 Oktyabr 2021, 22:35 Fuad Qəhrəmanlının qızına təcavüzdə ittiham edilən şəxs saxlanılıb 19 Oktyabr 2021, 22:14 ABŞ-da təyyarə qəzası: Yaralılar var 19 Oktyabr 2021, 21:50 Konqoda yük maşını çaya düşdü: 50 ölü 19 Oktyabr 2021, 21:35 BMT KXDR-in raket sınağından narahatdır 19 Oktyabr 2021, 21:21 NATO rəsmisi Gürcüstanın vasitəçilik rolundan danışdı 19 Oktyabr 2021, 20:56 Telman İsmayılovla bağlı materiallar Monteneqroya verildi 19 Oktyabr 2021, 20:51 28 may qeyri-iş, 18 oktyabr iş günü olacaq 19 Oktyabr 2021, 20:34 “Xiaomi” elektromobillərin kütləvi istehsalına başlayır 19 Oktyabr 2021, 20:20 Türk Şurasından Afrika ölkələrinə peyvənd YARDIMI 19 Oktyabr 2021, 19:50 Nazir beynəlxalq konfransda Zəngəzur dəhlizindən danışdı 19 Oktyabr 2021, 19:42 Gülağa Aslanlının ürəyinə stent qoyuldu 19 Oktyabr 2021, 19:33 Azərbaycan daha 5 hərbçini Ermənistana QAYTARDI 19 Oktyabr 2021, 19:28 Elnur Əşrəfoğlu VƏFAT ETDİ 19 Oktyabr 2021, 19:11 Prezident Xorvatiyanın xarici işlər nazirini qəbul etdi 19 Oktyabr 2021, 19:06 Erməniləri təşvişə salan hərbi hissə - VİDEO 19 Oktyabr 2021, 19:00 Daha bir məktəb distant tədrisə keçdi 19 Oktyabr 2021, 18:56 İlham Əliyev Ərdoğana başsağlığı verdi 19 Oktyabr 2021, 18:50 Koronavirusun yeni ştammı aşkarlandı 19 Oktyabr 2021, 18:43 Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir 19 Oktyabr 2021, 18:36 Universitetdə “Özbək dili günü” - FOTOLAR 19 Oktyabr 2021, 18:30 Prokurorluq həkimlə bağlı araşdırmalara BAŞLADI 19 Oktyabr 2021, 18:23 Dolların məzənnəsi sabit qaldı 19 Oktyabr 2021, 18:16 Azyaşlı sığınacağa yerləşdirildi - SƏBƏB  19 Oktyabr 2021, 18:10 Əli Əsədov slovakiyalı nazirlə GÖRÜŞDÜ 19 Oktyabr 2021, 18:05