Modern.az

6 ölkənin xüsusi təyinatlıları Ermənistanda təlimlərə qatılacaq

6 ölkənin xüsusi təyinatlıları Ermənistanda təlimlərə qatılacaq

Dünya

22 Sentyabr 2021, 11:57

Ermənistanda “Qrom-2021” hərbi təlimləri baş tutacaq.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, narkotik əleyhinə xüsusi xidmət, daxili işlər orqanları və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının operativ rekasiya qrupuna daxil olan digər dəstələr sentybarın 24-28-i tarixlərində təlimlər keçirəcək.

 

Təlmilər Ermənistan ərazisində baş tutacaq. Dağlıq ərazidə keçiriləcək hərbi məşqlər döyüş şəraitinə maksimum yaxın olacaq.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistan daxildir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?