Modern.az

Azərbaycan və Ermənistan arasında qarşılıqlı inam gücləndirilməlidir  - Baş katib

Azərbaycan və Ermənistan arasında qarşılıqlı inam gücləndirilməlidir  - Baş katib

Aktual

28 Sentyabr 2021, 18:46

"Azərbaycan və Ermənistan arasında qarşılıqlı inamı gücləndirən tədbirlərin görülməsinə başlanılmalıdır".

 

Modern.az xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç AŞPA-nın payız sessiyası zamanı bildirib.

 

Onun sözlərinə görə, Avropa Şurası Azərbaycan və Ermənistan arasında qarşılıqlı inamı gücləndirən tədbirlərin görülməsinə başlayıb: "Qarşılıqlı inamı gücləndirən tədbirlər münaqişədən sonrakı mərhələdə vacibdir və əhəmiyyətli rola malikdir. Lakin bu, yalnız hər iki tərəfin razılığı olması zamanı mümkündür".

 

Baş katib qadınların bu məsələdəki roluna da toxunub:

 

"Bu məqsədlə siyasətdən uzaq mövzular ətrafında müzakirələr aparmaq məqsədəuyğundur. Qadınların rolu mövzusu ən məsləhətli mövzulardan biridir."

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü