Arxiv
9 Oktyabr 2021, 17:20 | ANALİTİKA
Üçüncü dünya müharibəsi harada başlayacaq? - 4 yerin adı HALLANIR

“The Sun” qəzeti üçüncü dünya müharibəsinin 4 istiqamətdə başlaya biləcəyinə dair məqalə yayımlayıb. Məqalə müəlliflərinin fikrincə, üçüncü dünya müharibəsi Tayvan adasında, Hindistanla Pakistan arasında Kəşmir uğrunda, Hörmüz boğazı üzərində nəzarət uğrunda və Şimali Koreya ilə ABŞ-ın nüvə raketləri ilə qarşılıqlı zərbələri ilə başlaya bilər.

 

Modern.az-ın məlumatına görə, iddiaları şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Hindistanla Pakistan hər ikisi nüvə sialına malikdir.


“Bu iki dövlət arasında münasibətlərdəki gərginlik yarandıqları tarixdən davam edir, aralarında müharibələr də olub, Kəşmir ixtilafı da bugünə qədər həllini tapmayıb. Buna baxmayaraq, Dehli və İslamabad “qırmızı cizgiləri” aşmamağa çalışırlar, gərginlikdən sonra təmaslara da başvururlar. Yəni hər iki dövlət müharibə ehtimalını azatlmaq üçün dialoq imkanlarından imtina etmirlər”.


Ekspertin sözlərinə görə, İran zaman-zaman Hörmüz boğazını bağlayacağına dair açıqlamalar səsləndirir.



“Bu çağırışlar Hörmüz boğazından neft daşıyan ərəb ölkələrini və ABŞ-ı narahat edir. Ancaq bu vaxta qədər Tehran boğazı balğalayacaq qədər risqli addım atmayıb. Çünki bunun İrana baha başa gələcəyini anlayır. Bu baxımdan üçüncü dünya müharibəsinin Hörmüz boğazından başlaya biləcəyi ehtimalı da yüksək deyil. Buna baxmayaraq, İranın nüvə çalışmalarını davam etdirməsi və ABŞ-ın, İsrailin bundan ciddi narahat olması bölgədə müharibə risqini azaltmır”.

 

Nüvə silahına malik Şimali Koreyanın qapalı və avtoritar ölkə olduğunu deyən E.Şahinoğlunun sözlərinə görə, 70 ildən çoxdur bu dövləti idarə edən ailə zaman-zaman Ameirkanı və qonşusu Cənubi Koreyanı nüvə silahıyla hədələsə də, son anda onlar da dialoqa üstünlük veribər:



“Əlbəttə, nüvə silahına sahib avtoritar ölkənin hansı addım atacağını əvvəlcədən proqnozlaşdırmaq çətindir, ancaq Pxenyan qonşusuna nüvə silahı atarsa, Amerika Şimali Koreyanı yox edəcək. Başqa dövlətlərin nüvə silahını birinci işlədən Şimali Koreyanın köməyinə tələsəcəyini söyləmək çətindir”.


Siyasi şərhçinin sözlərinə görə, regional və qlobal müharibənin Tayvan adasıyla bağlı olacağı ehtimalı daha yüksəkdir.


“Çin bu adanı ələ keçirməyə çalışır. ABŞ isə adanı qoruyur və işğal baş verərsə, Vaşinqton Çinə qarşı cavab aksiyası həyata keçirmək məcbuyyətində qalacaq. Bu savaşda Amerikanın müttəfiqləri – Hindistan, Avstraliya və Yaponiya da seyrçi qalmayacaqlar. Çünki, Çinin Tayvanı ələ keçirməsi bu 3 ölkənin təhlükəsziliyinə də ciddi xələl gətirəcək. Çinin müttəfiqləri çox deyil, strateji tərəfdaşı Rusiya uzaq Tayvan adasına görə Amerikaya qarşı müharibəyə başlamayacaq. Buna baxmayaraq, Tayvan uğrunda Pekin-Vaşinqton qarşıdurması və regional müharibəsi Kremli çətin seçimə sürükləyəcək".

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Omikron”un daha yoluxucu olması ilə bağlı sübutlar YOXDUR 29 Noyabr 2021, 00:50 Bayden və Putin ilin sonuna qədər danışa bilər 29 Noyabr 2021, 00:42 Polşada Nizami Gəncəvinin 880 illiyi qeyd edildi 29 Noyabr 2021, 00:22 Əliyev Aşqabadda nəyə nail oldu? 29 Noyabr 2021, 00:04 Tovuzda ölümlə nəticələn ağır qəza 28 Noyabr 2021, 23:55 Spiker Ərəb Parlamentinin sədri ilə görüşdü 28 Noyabr 2021, 23:32 Sahibə Qafarova pakistanlı həmkarı ilə GÖRÜŞDÜ 28 Noyabr 2021, 23:18 Taliban avropalı diplomatlarla danışıqlar apardı 28 Noyabr 2021, 22:50 Deputatlar Qırğızıstan seçkilərini İZLƏDİLƏR 28 Noyabr 2021, 22:32 “Omikron”u öyrənmək üç həftə vaxt alacaq 28 Noyabr 2021, 22:08 Prezidentin Türkmənistana səfəri başa çatdı 28 Noyabr 2021, 21:47 Azərbaycan və Tacikistan Prezidentləri arasında görüş - YENİLƏNİB 28 Noyabr 2021, 21:44 İlham Əliyev və Ərdoğan görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:35 İlham Əliyev və Rəisi arasında Zəngəzur dəhlizi müzakirəsi 28 Noyabr 2021, 21:30 Rəisi Qarabağdan DANIŞDI 28 Noyabr 2021, 21:24 Türkiyədə koronavirusla bağlı son vəziyyət 28 Noyabr 2021, 21:16 İlham Əliyev və Rəisi görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:00 "Omikron" bu dəfə Danimarkada 28 Noyabr 2021, 20:56 Çexiyada yeni hökumət rəhbəri 28 Noyabr 2021, 20:44 “Qalatasaray”ın sabiq prezidenti vəfat etdi 28 Noyabr 2021, 20:16 Qırğızıstan seçkilərinin ilkin nəticələri 28 Noyabr 2021, 19:52 İran, Azərbaycan və Türkmənistan arasında qaz MÜQAVİLƏSİ 28 Noyabr 2021, 19:45 "Region ölkələri ilə ticarətin inkişafı prioritetidir" - Rəisi 28 Noyabr 2021, 19:25 Ərdoğan Zəngəzur dəhlizindən DANIŞDI 28 Noyabr 2021, 19:11 Tehranın hədəfi 28 Noyabr 2021, 18:45 Rusiyadan "Omicron"la bağlı təkzib - YENİLƏNİB 28 Noyabr 2021, 18:39 Peru silkələndi 28 Noyabr 2021, 18:32 "Zirə" qalib gəldi 28 Noyabr 2021, 18:18 Hökumətlərarası komissiyanın iclası keçiriləcək 28 Noyabr 2021, 18:02 Poroşenko: "Belarus tələ qurub" 28 Noyabr 2021, 17:58 Finalçı gimnastlar müəyyənləşdi 28 Noyabr 2021, 17:50 Ərdoğan Azərbaycanın qələbəsindən söz açdı 28 Noyabr 2021, 17:42 Türkiyə prezidenti Aşqabad Zirvəsinin hədəfini açıqladı 28 Noyabr 2021, 17:17 Ərdoğan və Rəisi Azərbaycanı MÜZAKİRƏ ETDİ 28 Noyabr 2021, 17:12 Kuçava Rusiyanı işğalçı adlandırıldı 28 Noyabr 2021, 16:58
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?