Arxiv
11 Oktyabr 2021, 11:08 | MÜSAHİBƏ
28 May tarixi niyə Müstəqillik günü adlandırılır? - Əli Hüseynli aydınlıq gətirdi - MÜSAHİBƏ

Milli Məclis “Müstəqillik günü haqqında” qanun layihəsini birinci oxunuşda müzakirəyə çıxarır.

Qanun layihəsində qeyd edilir ki, 2021-ci il oktyabrın 18-də Azarbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildan sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir.

“Bu baxımdan, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi va bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyuk önəm kəsb edir”.

Qanun layihəsinə görə, Azərbaycanda 28 May tarixi Müstəqillik günü, 18 Oktyabr tarixi isə Müstəqilliyin Bərpası günü olaraq qeyd edilməlidir.


Modern.az
saytı qanun layihisi ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə həmsöhbət olub:

- Əli müəllim, indiyə qədər ölkəmizdə ayrı-ayrılıqda Müstəqillik günü və Respublika günü qeyd olunurdu. Parlamentə təqdim olunmuş “Müstəqillik haqqında” yeni qanun layihəsinin bu formatda zərurətini nə ilə əsaslandırardınız?


- Parlamentə cənab Prezident tərəfindən dövlətçilik tariximiz üçün əhəmiyyətli olan “Müstəqillik günü  haqqında” qanun layihəsi təqdim olunub. Bu qanun layihəsi dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən də müstəqilliyimizin keçən əsrin əvvəllərində əldə edilməsi, sonunda isə bərpası kimi  tarixi günlərin daha dəqiq ifadə olunması zərurətindən yaranıb. 


Belə ki, 1918-ci ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş və xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. 


1991-ci ilin oktyabrın 18-də isə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında “Konstitusiya Aktı”na əsasən xalqımız öz müstəqilliyini bərpa etmişdir.  Bu tarixi günlərin mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması yeni qanun layihəsində öz əksini tapmışdır. Buna görə də tam məntiqlidir ki, 1918-ci illə bağlı tarixi hadisə - mayın 28-i Müstəqillik günü, 1991-ci illə bağlı hadisə - oktyabrın 18-i isə Müstəqilliyin Bərpası günü elan edilsin. 


- Amma bir sıra dairələrdə bu tarixi günlərin dəyişdirilməsi ilə bağlı fərqli düşüncələr də var. 


- Ola bilsin ki, fərqli düşüncələr var. Amma hüquqi baxımdan hər şey öz məzmununa görə dəqiq olmalı və tarixi xronologiyanı əks etdirməlidir. Mən istərdim ki, o dövrdə qəbul olunmuş qərarları bir daha xatırlayaq və müqayisə edək. 


1918-ci ildə İstiqlal Bəyannaməsini qəbul edən qurucu babalarımız ilk növbədə bu Bəyannamə ilə müstəqil bir dövlətin qurulduğunu bəyan etmişlər. 


O ki qaldı müstəqilliyimizin bərpası ilə bağlı keçən əsrin sonunda qəbul edilən qərarlara, onların xronologiyasına bir daha qayıtmaq istərdim.  30 avqust 1991-ci il tarixində Azərbaycan Ali Soveti məhz Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul etmişdir. Sonra məhz bu Bəyannamədən irəli gələrək, oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilmişdir. Həmin Konstitusiya Aktı 1991-ci il dekabrın 29-da referendum yolu ilə qəbul edilmişdir. 1994-cü il oktyabrın 15-də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 18 oktyabr Dövlət Müstəqilliyi günü elan edilmişdir. Təbiidir ki, həmin Fərman 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının adına uyğun verilmişdir. Bütün bunlarla yanaşı, bildirməliyəm ki, 1991-ci ildə qəbul olunmuş Konstitusiya Aktının 2-ci maddəsində qeyd olunur:

“Azərbaycan Respublikası 1918-ci ilin mayın 28-dən 1920-ci ilin aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir”.

Gördüyünüz kimi, bu sənədlərdə söhbət məhz müstəqilliyin bərpasından gedir. Bu baxımdan da, 1991-ci ilin oktyabrın 18-nin Müstəqilliyin bərpa olunduğu gün kimi qeyd olunması tam məntiqli və parlamentin özünün vaxtilə qəbul etdiyi Aktlara uyğundur. 


28 May gününə gəldikdə isə “Azərbaycanın dövlət quruluşunun Dirçəliş günü olan 28 Mayın istirahət günü elan edilməsi haqqında” Azərbaycan SSR Prezidentinin Fərmanının təsdiq olunması barəsində Azərbaycan Respublikası Ali Sovetinin 5 fevral 1991-ci il tarixli Qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr 1992-ci il tarixli Fərmanı ilə 28 May Respublika günü kimi hesab edilmişdir. Amma yuxarıda qeyd etdiyim kimi, mahiyyət etibarilə bu, əslində Müstəqillik günüdür. Çünki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın ilk növbədə müstəqilliyini dünyaya bəyan edib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Robotlar fabrik işçilərinə kömək edəcək 1 Dekabr 2021, 00:58 Selçuk Bayraktardan başsağlığı 1 Dekabr 2021, 00:39 Niderland səfirindən qəza ilə bağlı AÇIQLAMA 1 Dekabr 2021, 00:11 Məktəb müəllimi koronavirusdan vəfat etdi 1 Dekabr 2021, 00:08 Laçının işğaldan azad edilməsindən 1 İL ÖTÜR 1 Dekabr 2021, 00:05 Aİ rəsmisindən helikopter qəzası ilə bağlı açıqlama 30 Noyabr 2021, 23:52 Zığdakı yanğın söndürüldü 30 Noyabr 2021, 23:32 İtaliyadan başsağlığı 30 Noyabr 2021, 23:13 İran silkələndi 30 Noyabr 2021, 22:59 BMT rəsmisindən başsağlığı 30 Noyabr 2021, 22:38 Ali təhsildə yeni ƏMƏKDAŞLIQ 30 Noyabr 2021, 22:15 Soçi bəyanatında Azərbaycanın MÖVQEYİ 30 Noyabr 2021, 22:13 Bakı-Naxçıvan təyyarəsi GERİ QAYITDI 30 Noyabr 2021, 21:57 Vilayət Eyvazov Rüstəm Mirəlizodanı qəbul etdi 30 Noyabr 2021, 21:51 Təqvimlərin savaşı: Noyabr qalibiyyət ayıdır – məğlubiyyət zənciri qırıldı 30 Noyabr 2021, 21:39 ABŞ Yunanıstana hərbi maşınlar verdi 30 Noyabr 2021, 21:33 Britaniyanın Baş qərargah rəisi istefa verdi 30 Noyabr 2021, 21:14 Qadın futbolçularımızdan ilk qələbə 30 Noyabr 2021, 20:54 "Qardaşlarımızın başı sağ olsun" - Akşener 30 Noyabr 2021, 20:31 Fələstin başsağlığı verdi 30 Noyabr 2021, 20:16 Fransa səfirindən başsağlığı 30 Noyabr 2021, 20:06 Jurnalistikanı çirkablara buraxmayaq 30 Noyabr 2021, 20:01 Ərdoğandan İlham Əliyevə başsağlığı - YENİLƏNİB 30 Noyabr 2021, 19:53 Kəşfiyyat haqqında qanuna DƏYİŞİKLİK 30 Noyabr 2021, 19:52 Britaniya səfirindən Azərbaycana başsağlığı 30 Noyabr 2021, 19:49 Elçin Quliyev: "Helikopter demək olar yenidir" 30 Noyabr 2021, 19:46 Prezident və birinci xanımdan şəhid hərbçilərin dəfni ilə bağlı TAPŞIRIQ 30 Noyabr 2021, 19:45 Milli Məclisin növbəti iclasının vaxtı və GÜNDƏLİYİ 30 Noyabr 2021, 19:41 Qəzada həlak olanlara şəhid statusu VERİLƏCƏK     30 Noyabr 2021, 19:34 "Yaralıların vəziyyəti normaldır" 30 Noyabr 2021, 19:28 Naxçıvanda döyüş atışlı taktiki təlimlər 30 Noyabr 2021, 19:27 Helikopter qəzası ilə bağlı şahidlər dindirilib 30 Noyabr 2021, 19:19 Helikopter qəzası ilə bağlı brifinq keçirildi - VİDEO 30 Noyabr 2021, 19:18 Siyasi müstəvidə növbəti ZƏFƏR 30 Noyabr 2021, 19:10 Türkiyəli nazirdən Azərbaycana başsağlığı 30 Noyabr 2021, 19:04
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?