Arxiv
14 Oktyabr 2021, 10:36 | REPORTAJ
Şamaxı Safari Parkından FOTOREPORTAJ

Müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biri də safari turizmidir. Turizmin bu növü zəngin təbiəti ilə seçilən Afrikada yaranıb. Safari turizmi ovçuluq və ya fotoovçuluq, balıq tutmaq, açıq məkanda təbii halda heyvanları müşahidə etmək məqsədilə təşkil olunan turizm növü kimi məşhurdur.

 

Modern.az xəbər verir ki, ölkəmizin müxtəlif guşələrində xüsusi mühafizə olunan təbiət əraziləri - milli parklar, qoruqlar xarici turistlərin belə turlara cəlb edilməsində mühüm rol oynaya bilər. Ərazisinin böyüklüyünə, eləcə də heyvanlarının sayının və növünün çox olmasına görə nəinki Azərbaycanda, ümumiyyətlə, Qafqazda yeganə olan Şamaxı Safari Parkı da belə məkanlardandır.

 

Ümumi ərazisi 1200 hektar olan parkın 830 hektarlıq hissəsi beynəlxalq standartlara uyğun çəpərlənib. Parkın ərazisində Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstandan gətirilən nəcib maral, xallı maral, Altay maralı, muflon, alkapa, lama və zubr kimi heyvanlar var. Bu heyvanlar xüsusi mühafizə olunur. Seleksiya və baytarlıq tədbirləri nəticəsində onların sayı 2-3 il ərzində iki dəfəyə yaxın artıb.

 

Safari Parkın turizm üzrə koordinatoru Leyla Əliyeva deyir ki, park 2017-ci ildə açılsa da, müəyyən texniki səbəblərdən və pandemiyaya görə ziyarətçi qəbul edə bilməyib. Artıq ziyarətçilər parka gələ bilərlər.

 

Onun sözlərinə görə, parkın məqsədi insanların heyvanlara olan sevgisini artırmaqdır. “Bəzən görürük ki, Avropada, Amerikada vəhşi təbiətdə yaşayan heyvanlar insanların olduqları yerlərə qədər gəlir. Çünki insanlardan qorxmurlar. Həmin heyvanlar insana təhlükə kimi baxmır. Amma təəssüf ki, biz də elə deyil. Bu baxımdan vəhşi canlılara yanaşmamız dəyişməlidir”, - deyə o əlavə edib.

 

Parkın daxili infrastrukturunun yaradılması istiqamətində ilkin mərhələdə enli yol çəkilib. Bundan başqa, heyvanlar üçün təbii sığınacaqlar düzəldilərək bölmələr yaradılıb. Heyvanları kənar təsirlərdən və yoluxucu xəstəliklərdən qorumaq məqsədilə beynəlxalq standartlara uyğun dəmir-beton dayaqlarla hörülmüş çəpər də çəkilib.

 

Safari Park Pirqulunun dağ-meşə massivində yerləşdiyi üçün ərazidə fəsillərə görə dəyişkən və nisbətən soyuq hava şəraiti müşahidə olunur. Ərazinin giriş hissəsi ilə ekskursiya marşrutunun ən hündür hissəsi arasında temperatur 10 dərəcəyədək fərq ola bilir. Odur ki, buraya gələn qonaqlar hava şəraitini mütləq nəzərə almalıdırlar.

 

Qiymətlərə gəlincə, Safari Parkın nümayəndəsi İlham Həsənov bildirir ki, məktəblilər üçün biletlər 5, tələbələr üçün 10, digər vətəndaşlar üçün isə 20 manat təşkil edir. “Safari Parkın daxilində avtobuslar və individual maşınlarla turlar da mümkündür. Avtobuslarla tura gələn vətəndaşlarımız gözləməsinlər deyə əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Onu da deyim ki, vətəndaşlar əraziyə şəxsi avtomobillərlə buraxılmırlar”, - deyə İ.Həsənov qeyd edib.

 

Xatırladaq ki, Safari Park Vəhşi Dırnaqlılar və Maral Fermerlərinin Beynəlxalq Assosiasiyasına - IDUBA-ya üzv olub. Bununla da, Assosiasiyanın Cənubi Qafqazda təmsilçilik hüququnu əldə edib. IDUBA-nın üzvləri yığıncaqlar təşkil edir, heyvan yetişdirilməsi, ovların təşkili, buynuz ticarəti, yem və yem əlavələrinin istehsalı ilə bağlı fikirlərini bölüşürlər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tovuzda ölümlə nəticələn ağır qəza 28 Noyabr 2021, 23:55 Spiker Ərəb Parlamentinin sədri ilə görüşdü 28 Noyabr 2021, 23:32 Sahibə Qafarova pakistanlı həmkarı ilə GÖRÜŞDÜ 28 Noyabr 2021, 23:18 Taliban avropalı diplomatlarla danışıqlar apardı 28 Noyabr 2021, 22:50 Deputatlar Qırğızıstan seçkilərini İZLƏDİLƏR 28 Noyabr 2021, 22:32 “Omikron”u öyrənmək üç həftə vaxt alacaq 28 Noyabr 2021, 22:08 Prezidentin Türkmənistana səfəri başa çatdı 28 Noyabr 2021, 21:47 Azərbaycan və Tacikistan Prezidentləri arasında görüş - YENİLƏNİB 28 Noyabr 2021, 21:44 İlham Əliyev və Ərdoğan görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:35 İlham Əliyev və Rəisi arasında Zəngəzur dəhlizi müzakirəsi 28 Noyabr 2021, 21:30 Rəisi Qarabağdan DANIŞDI 28 Noyabr 2021, 21:24 Türkiyədə koronavirusla bağlı son vəziyyət 28 Noyabr 2021, 21:16 İlham Əliyev və Rəisi görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:00 "Omikron" bu dəfə Danimarkada 28 Noyabr 2021, 20:56 Çexiyada yeni hökumət rəhbəri 28 Noyabr 2021, 20:44 “Qalatasaray”ın sabiq prezidenti vəfat etdi 28 Noyabr 2021, 20:16 Qırğızıstan seçkilərinin ilkin nəticələri 28 Noyabr 2021, 19:52 İran, Azərbaycan və Türkmənistan arasında qaz MÜQAVİLƏSİ 28 Noyabr 2021, 19:45 "Region ölkələri ilə ticarətin inkişafı prioritetidir" - Rəisi 28 Noyabr 2021, 19:25 Ərdoğan Zəngəzur dəhlizindən DANIŞDI 28 Noyabr 2021, 19:11 Tehranın hədəfi 28 Noyabr 2021, 18:45 Rusiyadan "Omicron"la bağlı təkzib - YENİLƏNİB 28 Noyabr 2021, 18:39 Peru silkələndi 28 Noyabr 2021, 18:32 "Zirə" qalib gəldi 28 Noyabr 2021, 18:18 Hökumətlərarası komissiyanın iclası keçiriləcək 28 Noyabr 2021, 18:02 Poroşenko: "Belarus tələ qurub" 28 Noyabr 2021, 17:58 Finalçı gimnastlar müəyyənləşdi 28 Noyabr 2021, 17:50 Ərdoğan Azərbaycanın qələbəsindən söz açdı 28 Noyabr 2021, 17:42 Türkiyə prezidenti Aşqabad Zirvəsinin hədəfini açıqladı 28 Noyabr 2021, 17:17 Ərdoğan və Rəisi Azərbaycanı MÜZAKİRƏ ETDİ 28 Noyabr 2021, 17:12 Kuçava Rusiyanı işğalçı adlandırıldı 28 Noyabr 2021, 16:58 Pakistan prezidenti İlham Əliyevi təbrik etdi 28 Noyabr 2021, 16:49 III doza vaksin VURDURANLAR 28 Noyabr 2021, 16:40 Son sutkada yoluxanlar - 18 ÖLÜM 28 Noyabr 2021, 16:34 Zaqatalada partlayış 28 Noyabr 2021, 16:28
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?