Arxiv
15 Oktyabr 2021, 17:08 | ANALİTİKA
İlham Əliyevin MDB dövlət başçılarına MESAJLARI

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasında Azərbaycanın Ermənistanla sərhədlərin delimitasiyasına və sülh sazişinə dair danışıqlara hazır olduğunu bildirdi.


Və “Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır” qeydi ilə bütün danışıqların Bakının şərtləri çərçivəsində ola biləcəyinin mesajını verdi.


Ermənistanın baş naziri Nikol Paşinyan çıxışında Azərbaycana qarşı ənənəvi ittihamları saxlasa da, Əliyevin şərtləri ilə razı olduğu görünür.


- Sərhədlərin delimitasiyası prosesinə hazırdırlar;


- Bütün kommunikasiyasının açılmasına hazırdırlar: bura Ermənistanın Azərbaycan vasitəsilə Rusiya və İranla əlaqə qurması və Azərbaycanın Ermənistan ərazisi vasitəsilə Naxçıvanla dəmir yolu və avtomobil yolu (Zəngəzur dəhlizi) əlaqəsi qurması daxildir.


MDB iclasından öncə Moskvada Putinlə görüşdə Paşinyana bölgədə atılması vacib olan addımlar izah edilib: sərhədin delimitasiyası və kommunikasiyanın açılması ön plandadır;


Lakin Paşinyan Əliyevin sülh sazişi tələbini Minsk qrupu çərçivəsində müzakirə etməyi istəyir:


Bakının cari hədəfi sərhədin delimitasiyasının başa çatdırılmasıdır, bu, sülh sazişinin hansı platformada müzakirə edilməsindən asılı olmayaraq, Azərbaycanın masada əlini daha da gücləndirəcək.


Nikol Paşinyan Türkiyə ilə münasibətlərin normallaşmasına hazır olduqlarını və bunun da Rusiyanın vasitəçiliyi ilə ola biləcəyini qeyd etdi. Soçi və Moskva görüşündə müzakirə edilən məsələlələrdən biri də Ankara-İrəvan münasibətlərində Moskvanın vasitəçilik etməsi idi. Regional münasibətlərin Ankara-Moskva ikilisi tərəfindən qurulması sülh sazişi masasında Minsk qrupunun digər iki həmsədr ölkəsinin – ABŞ və Fransanın mümkün iştirakını formallaşdırır və bu, Ermənistanın əlini zəiflədir.

 
Asif Nərimanlı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda Türkiyə vətəndaşları dəm qazından zəhərləndi 5 Dekabr 2021, 18:20 Papanı təhqir edən keşiş həbs edildi 5 Dekabr 2021, 18:15 Nazirlərin tualetindən kokain tapıldı 5 Dekabr 2021, 17:58 Səudiyyə Ərəbistanı və Fransa arasında müqavilə 5 Dekabr 2021, 17:45 Tanınmış jurnalist dünyasını dəyişdi 5 Dekabr 2021, 17:30 Minskdən Kiyevə nota 5 Dekabr 2021, 17:17 2 azyaşlı bacı dəm qazından zəhərləndi 5 Dekabr 2021, 17:05 Eltac Səfərli liderlər qrupunda 5 Dekabr 2021, 17:00 III doza vaksin vurduranlar 1 milyonu ÖTDÜ 5 Dekabr 2021, 16:44 Bu gün yoluxanlar: 1791 nəfər sağaldı 5 Dekabr 2021, 16:34 Oğuzda ev yandı  5 Dekabr 2021, 16:33 İlon Mask evsiz qaldı 5 Dekabr 2021, 16:29 Avropa Parlamentindən Kremlə ULTİMATUM 5 Dekabr 2021, 16:25 Türk ordusu 3 terrorçunu məhv etdi 5 Dekabr 2021, 16:18 Fati "Bavariya" ilə oyunu buraxacaq 5 Dekabr 2021, 16:04 İranda virus statistikası 5 Dekabr 2021, 15:55 ABŞ kəşfiyyat təyyarəsi Azərbaycan sərhədi boyunca uçdu 5 Dekabr 2021, 15:47 Brüssel masasında nələr var: Bakı İrəvana nələri DİQTƏ EDƏCƏK? 5 Dekabr 2021, 15:31 Gəncədə ağır qəza: ölənlər var 5 Dekabr 2021, 15:16 Gürcüstandan Ermənistana keçid qaydaları dəyişdi 5 Dekabr 2021, 15:12 Şabranda qardaş bacısını öldürdü 5 Dekabr 2021, 15:02 Federasiyadan seyf OĞURLADILAR 5 Dekabr 2021, 14:58 Göyçayda polis viruslu xəstələri saxladı 5 Dekabr 2021, 14:52 Marş "Leyptsiq"dən ayrıldı 5 Dekabr 2021, 14:44 Tanınmış şair dünyasını dəyişdi 5 Dekabr 2021, 14:35 Rusiyada koronavirus statistikası 5 Dekabr 2021, 14:23 Suriyadakı ABŞ bazasına hücum 5 Dekabr 2021, 14:15 Gəncədə "avtoş"lar saxlanıldı 5 Dekabr 2021, 14:12 Virus xəstəsi məsuliyyətə cəlb edildi 5 Dekabr 2021, 14:08 Nazir ekspertlərlə görüşdü 5 Dekabr 2021, 13:58 Türkiyədə evləri su basdı 5 Dekabr 2021, 13:51 Hindistanda atışma: ölənlər var 5 Dekabr 2021, 13:44 Avstraliya parlamenti bağlandı 5 Dekabr 2021, 13:40 Nur-sultanda xeyriyyə festivalı 5 Dekabr 2021, 13:31 Ramiz Abutalıbovun vəziyyəti AĞIRDI   5 Dekabr 2021, 13:19
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?