Modern.az

Şəhid anaları və xanımları üçün AKSİYA

Şəhid anaları və xanımları üçün AKSİYA

17 Oktyabr 2021, 10:10

“Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyi ilə Yeni Azərbaycan Partiyasının Sabunçu Rayon Təşkilatının birgə təşkilatçılığı, Ömür klinikasının tibbi dəstəyi ilə  44 günlük Vətən müharibəsinin 1-ci ildönümü münasibəti ilə Şəhid anaları və xanımlarına tibbi dəstək göstərmək məqsədilə aksiya keçirilib.

Bu barədə Modern.az-a “Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyindən məlumat verilib.

Aksiya çərçivəsində  40-dan çox Şəhid anası və xanımı üçün tibbi müayinələr, həkim qəbulu, laborator analizlər və digər tibbi xidmətlər pulsuz təşkil olunub.

“Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal bildirib ki, 44 günlük haqq savaşında Şəhidlik zirvəsinə ucalmış döyüşçülərimizin anaları və xanımlarına diqqət və qayğı ilə yanaşmaq hər kəsin vətəndaşlıq borcu olmalıdır.

O, İctimai Birlik tərəfindən şəhid ailələri və qazilərə, müharibə iştirakçılarına dəstək məqsədilə aksiyaların davam etdiriləcəyini deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI