Modern.az

Qətlə yetirilən soydaşımızın nəşi vətənə GƏTİRİLƏCƏK

Qətlə yetirilən soydaşımızın nəşi vətənə GƏTİRİLƏCƏK

Aktual

24 Oktyabr 2021, 17:59

Diasporla İş üzrə Dövlət Komitəsi 43 yaşlı azərbaycanlı Ramil Mahmudovun yaşadığı İsveç Krallığının paytaxtı Stokholm şəhərində naməlum şəxslər tərəfindən qətlə yetirilməsi ilə bağlı məsələni nəzarətə götürüb.

 

Modern.az xəbər verir ki, Dövlət Komitəsi mərhumun ailəsinə cənazənin Azərbaycana gətirilməsi üçün dəstək göstərəcəyini bildirib.

 

“Komitəyə minnətdarlığını bildirən ailə üzvləri cənazənin Azərbaycana gətirilmə xərclərinin mərhumun sürücü kimi çalışdığı yükdaşıma şirkəti tərəfindən ödəniləcəyini bildirib.

 

Məsələ Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin diqqətindədir və mərhumun ailəsinə istənilən an lazım olan köməklik göstəriləcək.

 

Hadisə ilə bağlı cinayət işinin obyektiv şəkildə araşdırılacağına inanırıq”, - komitənin yaydığı məlumatda deyilir.

 

Qeyd edək ki, oktyabrın 12-də İsveçin Stokholm şəhərində yaşayan və işləyən həmyerlimiz Ramil Mahmudov qətlə yetirilib. Ramil axşam saatlarında evindən şəhərə çıxıb və bu zaman iki nəfər velosipedli şəxs ona yaxınlaşaraq avtomatla güllələyiblər. Ramil öldürülərkən onun yanında 15-16 yaşlarında bir uşaq olub. Həmin azyaşlıya da üç güllə dəyib, o, hazırda xəstəxanadadır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?