Arxiv
25 Oktyabr 2021, 16:50 | AKTUAL
Rövşən Rzayev xarici jurnalistlə görüşdü

Oktyabrın 25-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev İsveç Krallığının ölkəmizdə səfərdə olan media nümayəndələri – Mariya Bertell, Aqneta Nordin, Dəniz Merdol və Alf Mikael Silkeberq ilə görüşüb.

 

Modern.az xəbər verir ki, qonaqlara ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti və komitənin fəaliyyəti barədə məlumat verilib. Qeyd edilib ki, Ermənistanın deportasiya, milli ayrı-seçkilik və işğalçılıq siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma yurdundan didərgin düşüb, böyük çətinliklərlə üzləşib, maddi-mənəvi itkilərə məruz qalıb. Otuz ilə yaxın müddətdə  onların problemlərini həlli üçün məqsədyönlü iş aparılıb. Bu məsələ Prezident İlham Əliyevin sosial siyasətinin mühüm prioritetlərindəndir.

 

Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərir, onların həyat şəratinin yaxşılaşdırılması üçün həyata keçirilən bir sıra layihələrin təşəbbüsçüsüdr. Vurğulanıb ki, Ermənistanın işğalına son qoyulması, doğma yurda qayıdışın təmin edilməsi məcburi köçkünlərin ən böyük arzusu olub. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının başlanması üçün dövlət rəhbərliyi və səlahiyyətli orqanlar tərəfindən çoxşaxəli və intensiv iş aparılır.

 

Qonaqlara işğaldan azad edilmiş ərazilərin mövcud vəziyyəti, həyata keçirilən təhlükəsizlik tədbirləri, bərpa-quruculuq işləri və məcburi köçkünlərin qayıdışa hazırlanması barədə də məlumat çatdırılıb.

 

İsveçli jurnalistlər ölkəmizin postmünaqişə dövründəki vəziyyəti ilə yaxından tanış olmaq üçün gəldiklərini, səfər çərçivəsində işğaldan azad edilmiş rayonlara, həmçinin Bərdə və Gəncə şəhərlərinə gedəcəklərini bildiriblər.

 

İsveç Krallığındakı Azərbaycan diasporunun üzvü, rejissor və ssenarist Rahim Sadıqbəylinin də iştirak etdiyi görüşdə xarici jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Omikron”un daha yoluxucu olması ilə bağlı sübutlar YOXDUR 29 Noyabr 2021, 00:50 Bayden və Putin ilin sonuna qədər danışa bilər 29 Noyabr 2021, 00:42 Polşada Nizami Gəncəvinin 880 illiyi qeyd edildi 29 Noyabr 2021, 00:22 Əliyev Aşqabadda nəyə nail oldu? 29 Noyabr 2021, 00:04 Tovuzda ölümlə nəticələn ağır qəza 28 Noyabr 2021, 23:55 Spiker Ərəb Parlamentinin sədri ilə görüşdü 28 Noyabr 2021, 23:32 Sahibə Qafarova pakistanlı həmkarı ilə GÖRÜŞDÜ 28 Noyabr 2021, 23:18 Taliban avropalı diplomatlarla danışıqlar apardı 28 Noyabr 2021, 22:50 Deputatlar Qırğızıstan seçkilərini İZLƏDİLƏR 28 Noyabr 2021, 22:32 “Omikron”u öyrənmək üç həftə vaxt alacaq 28 Noyabr 2021, 22:08 Prezidentin Türkmənistana səfəri başa çatdı 28 Noyabr 2021, 21:47 Azərbaycan və Tacikistan Prezidentləri arasında görüş - YENİLƏNİB 28 Noyabr 2021, 21:44 İlham Əliyev və Ərdoğan görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:35 İlham Əliyev və Rəisi arasında Zəngəzur dəhlizi müzakirəsi 28 Noyabr 2021, 21:30 Rəisi Qarabağdan DANIŞDI 28 Noyabr 2021, 21:24 Türkiyədə koronavirusla bağlı son vəziyyət 28 Noyabr 2021, 21:16 İlham Əliyev və Rəisi görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:00 "Omikron" bu dəfə Danimarkada 28 Noyabr 2021, 20:56 Çexiyada yeni hökumət rəhbəri 28 Noyabr 2021, 20:44 “Qalatasaray”ın sabiq prezidenti vəfat etdi 28 Noyabr 2021, 20:16 Qırğızıstan seçkilərinin ilkin nəticələri 28 Noyabr 2021, 19:52 İran, Azərbaycan və Türkmənistan arasında qaz MÜQAVİLƏSİ 28 Noyabr 2021, 19:45 "Region ölkələri ilə ticarətin inkişafı prioritetidir" - Rəisi 28 Noyabr 2021, 19:25 Ərdoğan Zəngəzur dəhlizindən DANIŞDI 28 Noyabr 2021, 19:11 Tehranın hədəfi 28 Noyabr 2021, 18:45 Rusiyadan "Omicron"la bağlı təkzib - YENİLƏNİB 28 Noyabr 2021, 18:39 Peru silkələndi 28 Noyabr 2021, 18:32 "Zirə" qalib gəldi 28 Noyabr 2021, 18:18 Hökumətlərarası komissiyanın iclası keçiriləcək 28 Noyabr 2021, 18:02 Poroşenko: "Belarus tələ qurub" 28 Noyabr 2021, 17:58 Finalçı gimnastlar müəyyənləşdi 28 Noyabr 2021, 17:50 Ərdoğan Azərbaycanın qələbəsindən söz açdı 28 Noyabr 2021, 17:42 Türkiyə prezidenti Aşqabad Zirvəsinin hədəfini açıqladı 28 Noyabr 2021, 17:17 Ərdoğan və Rəisi Azərbaycanı MÜZAKİRƏ ETDİ 28 Noyabr 2021, 17:12 Kuçava Rusiyanı işğalçı adlandırıldı 28 Noyabr 2021, 16:58
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?