Modern.az

Bu il sığınacağa yerləşdirilənlərin STATİSTİKASI

Bu il sığınacağa yerləşdirilənlərin STATİSTİKASI

Aktual

27 Oktyabr 2021, 17:01

“Çətin həyat şəraitində olan 18 yaşdan yuxarı müəyyən yaşayış yeri olmayan şəxslərin sosial reabilitasiya şöbəsində bu ilin əvvəlindən 284 nəfərə xidmət göstərilib”.

 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN)  tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov bildirib.

 

O qeyd edib ki, bu günlərdə müraciət edənlərin sayında heç bir artım müşahidə olunmayıb:

 

“Payız fəslinə xas olan adi hava şəraitinin mövcud olduğu günlərdə müəssisənin müvafiq şöbəsinə müraciət edənlərin sayında hər hansı nəzərəçarpan artım  müşahidə olunmur”.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır