Modern.az

Saakaşvili tibbi yardımdan imtina etdi

Saakaşvili tibbi yardımdan imtina etdi

Aktual

27 Oktyabr 2021, 17:30

“Mixeil Saakaşvili bu gündən etibarən tibbi nəzarətdən imtina edir”.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir  ki,  bunu onun ukraynalı həkimi Maksim Perebeynis Rustavidə jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, M.Saakaşvili aclıq aksiyasını yüngülləşdirən analiz və tibbi prosedurların aparılmasına razılıq verməyəcək.

 

Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb. Həmin gündən aclıq aksiyası keçirən siyasətçi oktyabrın 20-də həkim yardımına razılıq vermişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü