Modern.az

"Nəqliyyat əlaqələrinin açılması üçün yaxşı perspektivlər var" - Zaxarova

Aktual

25 Noyabr 2021, 16:05

"Rusiya Cənubi Qafqazda nəqliyyat əlaqələrinin blokdan çıxarılması üçün yaxşı perspektivlər görür".

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.

 

Zaxarova bildirib ki, Rusiya 2020-ci il noyabrın 9-da və 2021-ci il yanvarın 11-də ən yüksək səviyyədə əldə edilmiş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin tərəfdarıdır:

"Bunlar, həmçinin Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasını da əhatə edir. Bu məsələ ilə üç ölkənin baş nazirlərinin müavinlərinin sədrlik etdiyi üçtərəfli işçi qrupu məşğul olur. Biz bütün tərəflərin maraqlar balansını nəzərə alaraq, regionda nəqliyyat əlaqələrinin blokdan çıxarılması üçün yaxşı perspektivlər görürük. Həmçinin, bloklandan çıxarılan marşrutlar üzrə beynəlxalq daşımaların beynəlxalq razılaşmalar və hər bir tərəfin milli qanunvericiliyi əsasında həyata keçirilməsi prinsipindən çıxış edirik".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü