Modern.az

Fransa səfirindən başsağlığı

Fransa səfirindən başsağlığı

30 Noyabr 2021, 20:06

Fransanın Azərbaycandakı səfiri Zakari Qross hərbi helikopter qəzası ilə əlaqədar başsağlığı verib.

 

Modern.az-ın xəbərinə görə, səfir bu barədə "Twitter"də paylaşım edib.

 

“Xızıda “Qaraheybət” poliqonunda baş vermiş faciəvi helikopter qəzası nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm” - paylaşımda qeyd olunub.

 

Xatırladaq ki, noyabrın 30-da DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğrayıb.

 

Qəza nəticəsində 14 hərbi qulluqçu həlak olub, ikisi yaralanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir