Modern.az

Ərzaq sürətlə BAHALAŞIR - Bazara nəzarət yoxdur 

Ərzaq sürətlə BAHALAŞIR - Bazara nəzarət yoxdur 

İqtisadiyyat

3 Dekabr 2021, 09:26

Bazarlarda, marketlərdə əvvəlki günlərlə müqayisədə daha çox alıcı nəzərə çarpır. Buna əsas səbəb Yeni il bayramına hazırlıqdır. Alıcılar bayram ərəfəsində qiymətlərin artacağından ehtiyat edib? bazarlığı öncədən etməyə çalışırlar. Bəzən supermarketlər endirim adı altında bir və ya bir neçə məhsulu alıcılara təqdim edirlər. Kiçik araşdırmadan sonra ilk baxışdan sərfəli görünən bu məhsulların öncəki qiymətlərindən də baha olduğu ortaya çıxır.

 

Ən əsası isə qiymətlərin tək bayramqabağı deyil, digər zamanlarda da mütəmadi artığını müşahidə edirik. 

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Modern.az-a açıqlamasında bildirib ki, sahibkarların bayramqabağı qiymətləri ikiqat artırmasının səbəbi istehlak bazarında monitorinqlərin az olmasıdır:

 

“Çox təəssüf ki, xüsusən Yeni İl və Novruz Bayramında sahibkarlar tərəfindən qiymətlərin süni şəkildə artırılması müşahidə olunur. Sahibkarlar tərəfindən qiymətlərin artırılmasında məqsəd daha çox gəlir əldə etməkdir. Tələbin artmasından istifadə edərək sahibkarlar artırdıqları qiymətin ikiqatını da qaldırırlar.

Daha yaxşı olardı ki, istehlak bazarında monitorinqlər genişləsin. Daha çox monitorinqlər aparılsın ki, sahibkarlar hər ağıllarına gəldikcə, qiymətləri artıra bilməsinlər”.

 

Deputat fermerlərə məhsullarını birbaşa təqdim etmək üçün yarmarkalar təşkil olunmasını təklif edib:

 

“Təklif edirəm ki, xüsusən kənd təsərrüfatı məhsulları qiymətlərinin optimallaşdırılması üçün nazirlik tərəfindən dekabrın 2-ci yarısından bayrama özəl mütəmadi yarmarkalar keçirilsin. Yarmarkalarda fermerlərə məhsullarını birbaşa təqdim etmək imkanı yaradılsın.

Əgər yarmarkalar təşkil olunarsa, orada fermerlər məhsullarını daha uyğun qiymətə təklif edərlər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar