Modern.az

Modern.az-ın yazısı müsabiqədə ikinici yeri tutdu

Modern.az-ın yazısı müsabiqədə ikinici yeri tutdu

6 Mart 2013, 18:04

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Multimedia Mərkəzi tərəfindən “İnformasiya Cəmiyyətinin Jurnalisti” proqramı çərçivəsində “Elektron hökumət və media” layihəsinin yekun təqdimat mərasimi keçirilib. 

Təqdimat mərasimində  adı çəkilən layihə çərçivəsində keçirilən təlimləri uğurla başa vuran jurnalistlərə sertifikatlar təqdim edilib, həmçinin  “İnformasiya Cəmiyyətinin Jurnalisti”   mövzusunda  keçirilən  müsabiqədə qalib gələnlərə qiymətli hədiyyələr və diplomlar verilib. 
Modern.az-ın əməkdaşı Vüqar Haqverdiyev “ASAN xidmət”in asan izahı” adlı yazısına //modern.az/articles/33224/1/ görə müsabiqədə ikinci yerə layiq görülüb. 

Qeyd edək ki, “Elektron hökumət və media” layihəsi “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, ULTRA və SİNAM şirkətlərinin dəstəyi ilə həyata keçirilib.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?