Modern.az

99 yaşlı akademik AMEA-dakı çıxışı ilə hamını heyrətləndirdi

99 yaşlı akademik AMEA-dakı çıxışı ilə hamını heyrətləndirdi

18 Aprel 2014, 16:36


Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında akademiyanın 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş ümumi yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və digər təşkilatlarının direktorları, millət vəkilləri  də iştirak ediblər.

Akademiyadan Modern .az-a verilən məlumata görə elmi qurumun rəhbər şəxslərinin də çıxış etdiyi yığıncaqda natiqlər arasında Azərbaycan elminin simalarından olan 99 yaşlı İsmayıl İbrahimov da olub. 1915-ci ildə Ordubadda anadan olan 1980-ci ildə isə texnika elmləri doktoru dərəcəsinə yüksələn İbrahimovun sistemli və məntiqli çıxışı hamının heyrətinə səbəb olub. Qeyd edək ki, bu 99 yaşlı alimin uzun fasilədən sonra elmi yığıncaqlardakı ilk çıxışı idi.

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı