Modern.az

Azərbaycanlı və erməni jurnalistlər Qarabag məsələsini müzakirə edirlər

Azərbaycanlı və erməni jurnalistlər Qarabag məsələsini müzakirə edirlər

15 İyul 2010, 14:22

Modern.az saytı xəbər verir ki bu gün Gürcüstanda azərbaycanlı və erməni jurnalistlərinin iştirakı ilə konfrans işə başlayıb. Konfrans Azərbaycan və Ermənistan kütləvi informasiya vasitələrində aparılan monitorinqin nəticələrinin müzakirəsinə həsr olunub. Konfransda iştirak edən əməkdaşımız bildirir ki, monitorinqin məqsədi hər iki ölkənin media orqanlarında Dağlıq Qarabağ münaqişəsi, problemin nizamlanmasına həsr olunan materialları tədqiq etməkdən ibarətdir.

 

Monitorinq Azərbaycanda “Yeni Nəsil” Jurnalistlər Birliyi, Ermənistanda isə “Yerevan Press Klub”u tərəfindən həyata keçirilib.

Məlumatda o da qeyd edilib ki, görüşün sonunda monitorinqin davamı və Türkiyə KİV-nin də tədqiq edilməsi ilə bağlı qərar veriləcək.

 

Konfrans bu ayın 17-nə qədər davam edəcək. 

Azərbaycandan konfransda beş nəfərlik nümayəndə heyəti - Arif Əliyev, politoloq Rasim Musabəyov, monitorinq qrupunun rəhbəri və üzvləri itirak edir.

 

Ermənistanı isə müzakirələrdə “Yerevan Press klub”un prezidenti Boris Navasardyan, monitorinq qrupunn rəhbəri Elina Poqosbekyan və qrupun üzvləri təmsil edir. 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu