Modern.az

İngiltərədə ölümsaçan virus yayılıb

İngiltərədə ölümsaçan virus yayılıb

11 Avqust 2010, 19:00

İngiltərdə tibb sahəsinin mütəxəssisləri  ən güclü antibiotiklərə belə davam gətirə biləcək bakteriyanın ölkədəki xəstəxanada yayıldığını bəyan ediblər.
   
Modern.az xarici mətbuata istinadla xəbər verir ki, ekspertlər bakteriyaya NDM-1 adı veriblər. Bakteriyanın İngiltərədən Pakistan və Hindistana əməliyyat üçün gedən xəstələrin üzərində tapıldığı bildirlib.  Ekspertlər bu ana qədər xəstəxanada yeni bakteriya daşıyan 50 xəstənin qeydə alındığını lazımi tədbirlər alınmazsa, problemin qlobal xarakter alacağını deyiblər.
 
İngiltərədə yayımlanan “Lancet” sağlamlıq jurnalı bakteriyanın nəzarət altına alınması üçün xəstələr üzərində çox dəqiq müşahidə aparılmasını və yeni dərmanlar hazırlanmasının zəruri olduğunu bildirib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir