Modern.az

Sonuncu qəbul imtahanlarının nəticələri açıqlandı

Sonuncu qəbul imtahanlarının nəticələri açıqlandı

Təhsil

31 Avqust 2010, 17:18

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) avqustun 29-da ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanının nəticələrini açıqlayıb.

TQDK-dan verilən məlumata görə, abituriyentlər iş nömrələrini və şifrələrini daxil etməklə tqdk.gov.az saytından nəticələri öyrənə bilərlər.

Cari tədris ili üçün 9 illik (ümumi) orta təhsil bazasında ayrılmış 9576 plan yerinə 30675 abituriyent sənəd vermişdi. Onlardan 30261 nəfəri imtahanda iştirak edib.

Abituriyentlərdən 40 nəfəri imtahan qaydalarına zidd hərəkətlərə yol verdiklərinə görə, imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Cavab kartlarının emalı zamanı xüsusi kompyuter proqramları vasitəsilə aparılan araşdırmalar nəticəsində imtahanda 28 nəfərin köşürməyə yol verdikləri aşkar edilib, qəbul qaydalarına uyğun olaraq həmin abituriyentlərin nəticələri ləğv olunub.

Abituriyentərdən 8515 nəfəri orta ixtisas təıhsili müəssisələrinə qəbul olublar.

Qəbul olanlar sentyabrın 2-dən 13-dək (şənbə və bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır