Modern.az

Sərkisyan rəsmi Yerevanın Qarabağın “müstəqilliyi”ni tanımamasının səbəbini açıqladı

Sərkisyan rəsmi Yerevanın Qarabağın “müstəqilliyi”ni tanımamasının səbəbini açıqladı

28 Aprel 2015, 11:20

Ermənistan prezidenti Serj Sərkisyan separatçı rejimin işğal etdiyi Dağlıq Qarabağın “müstəqilliyi”ni rəsmi Yerevanın nədən tanımamasının səbəbini açıqlayıb. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, Sərkisyan bu haqda rusiyalı jurnalist Vladimir Poznerə müsahibəsində danışıb: “Bunun səbəbi danışıqlar aparmağımızdır. “Dağlıq Qarabağ Respublikası”nı tanımaq – bu, danışıqlar prosesindən imtina etmək olardı”.

Onun sözlərinə görə, məhz buna görə Yerevan analoji situasiyada olan digər respublikaların da tanınmasına getmir.

Sərkisyan qeyd edib ki, danışıqların olmaması hərbi əməliyyatların yenidən başlaması ehtimalını artırır: “Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun. Biz hesab edirik ki, Rusiya, ABŞ və Fransa prezidentlərinin birgə bəyan etdiyi 5 prinsip və elementlər, eləcə də Madrid prinsipləri məsələnin sülh yolu ilə həllinə imkan verir”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir