Modern.az

Fətullah Gülən MÜƏMMASI: Gül Davudoğlunun yanlış dediyini bəyan etdi

Fətullah Gülən MÜƏMMASI: Gül Davudoğlunun yanlış dediyini bəyan etdi

Aktual

2 May 2015, 09:57


   

Türkiyənin baş naziri Əhməd Davudoğlunun 2013-cü ilin sentyabr ayında nurçu camaatının ABŞ-da yaşayan lideri Fətullah Gülənlə görüşməsi barədə açıqlama verməsinə keçmiş prezident Abdullah Gül münasibət bildirib.

Modern.az saytının verdiyi xəbərə görə Azərbaycandan ölkəsinə qayıdan Türkiyənin 11-ci prezidenti Abdullah Gül Atatürk hava limanında Davudoğlu-Gülən görüşü haqqında jurnalistlərin ona verdiyi sualı cavablandırıb.

O, “Əhməd Davudoğlu 2013-cü ildə sizin icazənizlə Fətullah Gülənlə görüşdüyünü deyib. Bununla bağlı nə deyə bilərsiniz?” sualına belə cavab verib:

“Məsələnin mənimlə bağlı hissəsində yanlışlıq var. Mən Əhməd Davudoğlunun Fətullah Gülənlə görüşünü sonradan öyrənmişdim”,-deyə Abdullah Gül bildirib.

Qeyd edək ki, Əhməd Davudoğlu hələ xarici işlər naziri olarkən o vaxtın baş naziri Rəcəb Tayyib Ərdoğanın və prezident Abdullah Gülün razılığı ilə  Fətullah Gülənlə görüşdüyünü qeyd edib.

Aqşin Kərimov    


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü