Modern.az

“Mənim istefam partiyada baş verən xoşagəlməz proseslərə etirazdır” - Müsavat Məclisin eks-üzvü

“Mənim istefam partiyada baş verən xoşagəlməz proseslərə etirazdır” - Müsavat Məclisin eks-üzvü

13 May 2015, 16:56



“Müsavatda 20 ildən çox birgə mübarizə aparan adamların partiyadan çıxarılmasını qəbul eləmirəm”. Bunu Modern.az saytına Müsavatın Nizami rayon təşkilatının keçmiş sədri, partiya Məclisinin sabiq üzvü Nizaməddin Quliyev deyib.

O bildirib ki, istefası ilə partiyada baş verən xoşagəlməz proseslərə etirazını bildirib:

“Bu gün mətbuatda gedən istefa verənlərin siyahısında mənim adım səhv gedib. Çünki mən mayın 11-də rəsmi qaydada partiyadan istefa vermişəm. İstefa ərizəmdə də hər şeyi qeyd etmişəm. Əlavə nəsə demək istəmirəm.
Ümumiyyətlə, illərdir partiyada çalışanların üzvlükdən çıxarılmasını düzgün hesab eləmirəm. Amma bundan sonra yenə istefaların olub-olmayacağını deyə bilmərəm. Hər kəs azad və müstəqildir. Müsavat elə partiyadır ki, burda kiməsə nəsə demək olmur. Mən Müsavatın ideologiyasına və öz əqidəmə sadiqəm. Sadəcə, öz etirazımı bildirdim”.

Sevinc Yasinqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər