Modern.az

ABŞ-ın 54 illik həsrəti bitdi

 ABŞ-ın 54 illik həsrəti bitdi

Dünya

15 Avqust 2015, 00:53

 

Modern.az "Report"a istinadən xəbər verir ki, avqustun 14-də Amerikanın Havanadakı səfirlik binası qarşısında ABŞ bayrağı qaldırılıb.

54 ildən sonra baş verən bu açılış ABŞ himninin sədaları altında üç amerikalı dəniz piyadası tərəfindən həyata keçirilib. Bayrağı onlara 1961-ci ildə ABŞ və Kuba arasında diplomatik münasibətlərin pozulmasından sonra səfirlk qarşısındakı Amerika bayrağını endirən üç veteran dəniz piyadası təqdim edib. Mərasim ABŞ-ın dövlət katibi Con Kerri və ABŞ-ın Kubadakı müvəqqəti işlər vəkili Ceffri Delorentisin iştirakı ilə baş tutub.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi