Arxiv
7 İyun 2020, 09:40 | MƏDƏNİYYƏT
Ailəsi erməni roluna çəkilməsinin əleyhinə olub - Mənfi tiplərin mahir ifaçısı - MƏLİK DADAŞOV

Modern.az-ın “Məşhurların həyat hekayələri” rubrikasında bu dəfəki təqdimatı məşhur aktyor Məlik Dadaşovun gerçək taleyi barədədir

Fəxri Xiyabanda onun adını daşıyan soyuq, qara mərmər daşın doğuluşundan 24 ildən çox vaxt ötür. Yoxluğundan keçən bu illər ərzində həyatda çox şeylər dəyişib. Onun yoxluğuyla qara libasa bürünən, hıçqırıb saçını yolan qadın da artıq dünyada yoxdur. Bir vaxtlar divarlarına nəfəsinin hopduğu, səs-küyündən lərzəyə gələn mənzilə çoxdan bir sakitlik çöküb.

Qara çərçivədən boylanan şəkli gözlərində heç ölməyəcək məhrəm bir təbəssüm ətrafında baş verənləri səssiz-səmirsiz izləməkdədir. Bu şəkil canından çox sevdiyi ömür-gün həmdəminin son mənzilə yola salınmasına da şahidlik edib, ata-ana itkisi ilə baş-başa qoyduqları qızlarının ağrı-acısına, göz yaşlarına da. Amma baş verənlərə seyirçi mövqeyində qalmaqdan başqa gücü heç nəyə çatmayıb. Bacardığı tək şey qızı Gülnarənin gecə qonağına çevrilmək, yuxularında ona təsəlli verərək, atasızlıq-anasızlıq acısını unutdurmaq olub.

7 iyun tarixi Xalq artisti Məlik Dadaşovun doğum günüdür.

Məlik Dadaşov 7 iyun 1924-cü ildə Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Neft sənayeçisi olan atası Nobellə birlikdə işləyib. Aktyor təhsilini 174 saylı orta və A. Zeynallı adına musiqi məktəbində alıb. Buranı bitirdikdən sonra başqa gənclər kimi, Məlik də müharibəyə yollanıb. Kontuziya alıb və 1943-cü ildə müalicəsini başa çatdırıb, yenidən hərbi hissələrdə musiqiçi kimi xidmət göstərib.
1945-ci ildə ordudan tərxis olunduqdan sonra Məhərrəm Haşımovun təşəbbüsü ilə Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb. Bir müddətdən sonra Zaqatala Dövlət Teatrı açılıb. Aktyorluq fəaliyyətinə yenicə qədəm qoymuş Məlik bu teatra göndərilib. 1946-cı ilin mayında isə Şəmkir teatrına göndərilib. Burada bir il işlədikdən sonra 1947-ci ildə Teatr İnstitutuna - Adil İskəndərovun kursuna daxil olub. Həmçinin, filarmoniyanın mahnı və rəqs ansamblına rəqqas kimi işə götürülüb.
1950-ci ilin oktyabrında Milli Dram Teatrında fəaliyyətə başlayıb.
Məlik Dadaşov 35-ə yaxın bədii filmdə çəkilib. «Axırıncı aşırım»da Qəmlo, «Dəli Kür»də Molla Sadıq, «Koroğlu»da Bolu bəy, «O dünyadan salam»da Şeyx Nəsrullah, «Birisi gün gecə yarısı»nda Nəriman Nərimanov, «Babək»də İbn Bəis, «Nəsimi»də Şirvanşah İbrahim, «Fəryad»da Aram Xaçaturyan obrazları hamının yaddaşındadır.
Bütün yaradıcı ömrünü Azərbaycan aktyor sənətinin inkişafına həsr etmiş görkəmli teatr və kino aktyoru Məlik Dadaşov 2 dekabr 1996-cı ildə vəfat edib.


Ağplaşlı ucaboy oğlan


Deyirlər, quş uçmaq, insan xoşbəxt olmaq üçün yaranıb. Sənətdə tapdığı xoşbəxtliyini ailədə tapanda fani dünyadakı 72 illik ömrünün yarıdan çoxunu geridə qoymuşdu. Oğul-qız sahibiydi. Üstəlik, nikah masasına aparmaq istədiyi xanımla da aralarında 12 yaş fərq vardı. Ancaq bütün bunlar onun sevdiyi qadınla evlənməsinə və 32 il ərzində sevgi dolu bir ömür sürməsinə mane ola bilmədi.


Hər ikisi İncəsənət İnistutunda dərs deyirdi. Vaxtaşırı qarşılaşsalar da, münasibətləri hal-əhvaldan o yana keçməmişdi. Təsaduf onların hər ikisinin həyatında ağlagəlməz bir dönüş yaratdı.


Bir qış günü inistitut divarları arasında eşitdiyi musiqinin təsiri altına düşən gənc müəllimə bu səsin sorağıyla auditoriyalardan birinin yarıaçıq qapısı önündə ayaq saxladı. Eşitdiyi səs bütün ruhuna, varlığına hakim kəsilmişdi. Kimin ifa etdiyini öyrənmək üçün yarıaçıq qapıdan içəri boylandı. Gördüyü ilk şey pianoçunun şirmayı dillər üzərində dolaşan yaraşıqlı barmaqları oldu. Çalğının gözəlliyi və barmaqların dillər üzərində titrəyişi, gərdişi onu necə tutdusa, asta-asta musiqiçiyə yaxınlaşdı. Gözlərini dillər üzərində dolaşan barmaqlardan ayırmadan musiqini dinlədi. Başı çaldığı musiqiyə qarışan pianoçu da bir xəyal kimi sakit, səssiz-səmirsiz ona yaxınlaşan qadının fərqinə varmadı. Yalnız çalğısını tamamlayıb başını yuxarı qaldırdıqda  sanki ilk dəfə görürmüş kimi baxdığı qadının gözəlliyi, üz-gözünə hakim kəsilən füsünkar ifadə onu valeh etdi. Çalğıçı xalq artisti Məlik Dadaşov, dinləyicisi isə xarici ölkələrin sənət dərsi müəlliməsi Dolores xanım idi...

Təqvim 1964-cü ilin 28 dekabrını göstərirdi. Sonradan hər il əlamətdar bir hadisə kimi qeyd edəcəkləri bu tarix cütlüyün həyatında xoşbəxt bir ailənin bünövrəsinin qoyulması ilə nəticələndi. Bu, onların hər ikisinin ikinci evliliyi idi.

İlk tanışlıqlarının tarixcəsi isə 20 il öncəyə qırxıncı  illərə təsadüf edirdi. Onda Dolores xanım 12-13 yaşlı başı ipək bantlı bir qız idi. Onların yaşadığı məhəllədə Məlik Dadaşovun bir dostu qalırmış. Gənc və yaraşıqlı aktyor vaxtaşırı dostuna baş çəkirmiş. Ucaboy, ağplaşlı, ağşlyapalı gənci məhəllədə görəndə qızlar onun  tamaşasına çıxarmış. 12-13 yaşlı Dolores də pıçhapıç salan qızların arasından onların yuxularını əllərindən alan bu gəncə qəribə bir uşaq marağıyla tamaşa edərdi. Sonralar hər dəfə Məlik Dadaşovu görəndə bu hadisəni xatırlayıb, qeyri-ixtiyari həmin illərə qayıdardı. Ancaq illər öncəsi məhəllə qızlarının yuxusuna haram qatan yaraşıqlı gəncin, dövrünün tanınmış aktyoru  Məlik Dadaşovun ömür-gün həmdəminə çevriləcəyi ağlına belə gəlməzdi. Deməyəsən, ağlına gəlməyən şeyi tanrı illər öncəsi onun qismətinə yazıbmış.


Bir-birlərini hədsiz dərəcədə sevirdilər. Təkcə məclislərə deyil, dükan-bazara da birlikdə gedib-gəlirdilər. Aktyor xanımının zövqünə bələd olduğundan doğum günlərində mütləq ona xoşladığı brilyant qaşlı zinət əşiyası hədiyə edirdi.

Ömrün son ayları


Məlik Dadaşov vəfatından 9 ay qabaq məcburi  təqaüdə göndərilmişdi. Yaşamaq, yaratmaq eşqiylə dolu olsa da, yaşının çoxluğunu bəhanə edib işdən çıxarılması ona yaman təsir etmişdi. Bu birinci nikahdan olan qızı Ayzənətin vəfatından sonra aldığı ikinci amansız zərbə idi.
Dolores xanım olmasaydı, qızının ölümünə, səhnəsiz keçən 9 aya duruş gətirmək ona yəqin ki, çox çətin olacaqdı.

Ancaq içinə saldığı bu ağrılar sonda aktyorun səhhətinə öz təsirini göstərdi. 1996-cı ilin 2 dekabrında, ona aradığı ailə xoşbəxtliyini bəxş edən təsadüfi tanışlığın 32-ci ilinin tamamına 26 gün qalmış tələbələrlə məşq zamanı huşunu itirdi. Beyninə qan sızan aktyor reanimasiya çarpayısında keçən üzücü, cansıxıcı günlərdən sonra həyata əlvida etdi...

Onun yoxluğu ilə Dolores xanım da mənən yıxıldı. Bütün varlığından Məlikin yoxluğunun, itkisinin acısı süzülürdü. Onun çəkildiyi filmlərə, oynadığı tamaşalara baxdıqca göz yaşlarına hakim ola bilmirdi.

Qızı Gülnarə xanım anasını yaşatmaq üçün onun ömür-gün həmdəmini xatırladacaq şeylərdən təcrid etməyə  çalışırdı. Atasının çəkildiyi filmlərin, tamaşaların, olduğu məclislərin videokasetlərini, hətta qəzet materiallarını belə gizlədirdi. Təkcə anasını hər an xatırlayıb, bir-birinə caladığı Məlikli xatirələrə güc gələ bilmirdi...

Beləcə aradan 5 ildən artıq bir müddət keçdi. Bu müddət ərzində Məlikli xatirələri ilə yaşayan Dolores xanım məclislərə getmir, evdənsə çox nadir halda çıxırdı. 2002-ci ilin 19 avqustu onun fani dünyada Məliksiz yaşadığı son gün oldu. Könül həmdəminin yanında torpağa tapşırılmasını vəsiyyət etsə də, Məlik Dadaşov Fəxri Xiyabanda uyuduğundan onun bu istəyinə əməl etmək mümkün olmadı. Son mənzilləri uzaq olsa da, sevən könüllərin qovuşması uzun çəkmədi.

“Mən ölməmişəm” 


Məlik Dadaşov vəfatından üç il əvvəl Ceyhun Mirzəyevin “Fəryad” filmində erməni Armen Xaçaturyan roluna çəkilmişdi. Ailə üzvləri onun bu rola çəkilməsinin  əleyhinə olsalar da, erməni kirvənin iç üzünü göstərməyə iddialı olan aktyor istədiyinə nail olur. Film ekranlara çıxdıqdan sonra yaşlı bir qadın küçədə qarşısını kəsərək, ünvanına təhqiramiz sözlər işlədir. Sonra da göz yaşları içərisində “axı sən niyə o filmə çəkildin. Hər dəfə filmə baxanda özümü saxlaya bilmirəm. Həmin an yanımda olsan, yəqin ki, səni öldürərəm” deyir.

Bir aktyor kimi son işi isə “Xalqlar dostluğu muzeyi” filmində olur. Rüstəm İbrahimbəyov bu ssenarini məhz onun üçün yazmışdı. Film iki hissədən ibarət olmalı idi. Birinci hissədən infarktdan dünyasını dəyişən baş qəhrəman ikinci bölümdə möcüzə, yaxud da keçirdiyi klinik ölüm nəticəsində təkrar ekranlara qayıtmalıydı.
Filmin birinci hissəsi baş qəhrəmanın yas mərasimi ilə başa çatmalı idi. Taleyin qismətindən filmin son kadrlarında Məlik Dadaşovun özünün dəfn mərasimi çəkilir. İkinci hissə isə ümumiyyətlə təxirə salınır...

Paytaxtda damarlarında Məlik Dadaşovun qanı axan, qohum-əqrabanın “Məliyin kiçik qızı” adlandırdıqları bir xanım yaşayır. Atasızlıq acısına daha sonra anasızlıq acısı da qarışıb.

“Kaş ki, sizli günlərimi qaytaraydılar” deyə neçə illərdir, doğmalarının şəkilləri ilə dərdləşib hal-əhval tutur. Tez-tez yuxularında atası ilə görüşür.  Yuxularında ona təsəlli verib, “mən ölməmişəm, axı mən aktyoram sizinlə zarafat edirdim” deyən atasının bu sözlərinin gerçəkləşməsinin mümkünsüzlüyünü bilə-bilə, bir Tanrı möcüzəsinə ümid edərək, günlərini aylara, aylarını illərə calayır...  


M.Səttarova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Neft yenidən ucuzlaşdı 9 İyul 2020, 10:00 “Qalatasaray” yenə uduzdu 9 İyul 2020, 09:55 Baş Prokurorluq bıçaqlanma hadisəsi barədə məlumat yaydı 9 İyul 2020, 09:51 “AFB Bank” ”Fitch” ilə əməkdaşlığı niyə dayandırır...   9 İyul 2020, 09:47 Qarışqalar bu pis xəstəliyin dərmanı imiş - Böyük KƏŞF 9 İyul 2020, 09:42 “Cənnət bağı” karantin qaydalarını pozdu 9 İyul 2020, 09:37 Azərbaycanda neft hasilatı 1 milyon ton AZALIB 9 İyul 2020, 09:32 Balansını artır, Azercell-dən “Umico”ya ikiqat keşbək qazan! 9 İyul 2020, 09:27 Müdafiə Nazirliyi məlumat yaydı - Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır 9 İyul 2020, 09:22 Bakıda yataqxana qarət olundu 9 İyul 2020, 09:17 Koroavirus xəstəliyindən sağalanlara arayiş verilir - RƏSMİ CAVAB 9 İyul 2020, 09:12 Xətaidə azyaşlı uşağı maşın vurdu - vəziyyəti ağırdır 9 İyul 2020, 09:06 Sovet kinosunun bakılı “Merilin Monro”su - İren Azərin enişli-yoxuşlu HƏYAT HEKAYƏSİ 9 İyul 2020, 09:00 Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu ÖTDÜ 9 İyul 2020, 08:51 Naqif Həmzəyev: Minsk qrupun həmsədrləri işğalçı Ermənistana təsir göstərməlidir   9 İyul 2020, 08:44 Gənclər və idman komitəsi üzvlərinin əsl ixtisası - Hüquqşünas, iqtisadçı, müəllim... 9 İyul 2020, 08:36 Müdafiə naziri koronavirus şübhəsi ilə özünü təcrid qərarına gəldi 9 İyul 2020, 08:21 Koronavirusdan ölüm faizini azaldan üsullar tapıldı 9 İyul 2020, 08:13 Gəncədə gənc oğlan özünü asdı 9 İyul 2020, 00:43 Baş Qərargah rəisləri arasında telefon müzakirəsi 9 İyul 2020, 00:28 Türkiyə millisi ilk dəfə Sivasda  oyun  keçirəcək 9 İyul 2020, 00:15 Neftin qiyməti 14 dollar olsa, nə olardı? - Millət vəkili yazır 8 İyul 2020, 23:56 Klinikanın şöbə müdiri koronavirusa yoluxdu 8 İyul 2020, 23:43 Daha 186 azərbaycanlı  Vətənə gətirildi - FOTO 8 İyul 2020, 23:26 Xaçmazda qadın özünü yandırıb 8 İyul 2020, 23:14 ABŞ-a məxsus təyyarə vuruldu 8 İyul 2020, 23:01 59 nəfər COVİD-19 xəstəsi süni tənəffüs cihazına qoşulub - FOTO 8 İyul 2020, 22:44 ASAN xidmət-də yeni təyinat olub 8 İyul 2020, 22:27 “Şahdağ” Milli Parkındakı yanğın söndürüldü - YENİLƏNİB 8 İyul 2020, 22:12 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 300-ü ötdü 8 İyul 2020, 22:00 Əhaliyə pulsuz hüquqi yardım göstəriləcək 8 İyul 2020, 21:46 COVID-19 sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana gəldi - FOTO 8 İyul 2020, 21:13 Ekspres xətlər üzrə avtobusların iş qrafiki DƏYİŞDİRİLDİ 8 İyul 2020, 21:02 Avstriyada uçqun oldu: ölənlər var 8 İyul 2020, 20:51 Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu ötdü 8 İyul 2020, 20:39