Modern.az

Bu gecə Ayda qanlı tutulma olacaq

Bu gecə Ayda qanlı tutulma olacaq

27 Sentyabr 2015, 22:10



Bu ilin ən mühüm göy hadisələrindən biri olan tam Ay tutulması müşahidə olunacaq. Modern.az xarici mediaya istinadən bildirir ki, sentyabrın 27-dən 28-nə keçən gecə Ay yerə ən yaxın mövqedə, yəni Super Ay ikən Qanlı Ay deyilən qırmızı rəngdə Tam Ay Tutulması olacaq. Tutulmanı Azərbaycanda saat 01:10-da başlayaraq 04:30-a qədər izləmək mümkün olacaq.

Qanlı Ay deyilən qırmızı rəngə bürünəcək olan Ayın yerə ən yaxın mövqeyində olacağı bu gecəki tutulma Şimali və Cənubi Amerika, Avropa, Afrika, Antarktida, Sakit okeanının şərq hissəsi, Atlantik okeanı və Hind okeanının qərbindən izlənəcə biləcək. Tutulma ilə birlikdə ən son 1982-ci ildə görülən Super və Qanlı Ay bir daha 2033-cü ildə görünəcək.

Alimlərin fikrincə, Qanlı Ay adlandırılan Ayın qırmızı rəngdə görünməsinin qanla bir əlaqəsi yoxdur. Ayın səthinə Günəşin işıqları kənarlardan vurur və əks olunaraq, dünya atmosferi içindən keçir. Bu zaman Ay qıpqırmızı görünür. Bu, rənglərdən qaynaqlanan bir şeydir.  


Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi