Modern.az

QHT-lər Türkiyə iqtidarını düşünülməmiş qərarlar qəbul etməməyə çağırdı

QHT-lər Türkiyə iqtidarını düşünülməmiş qərarlar qəbul etməməyə çağırdı

16 Oktyabr 2009, 16:28

Oktyabrın 16-da Azərbaycanda fəaliyyət göstərən Qeyri-Hökumət təşkilatları Türkiyə ictimaiyyətinə müraciət ünvanlayıb. Müraciətdə Azərbaycanın bir hissəsini işğal etmiş Ermənistanla Türkiyənin normal münasibətlər qurması Dağlıq Qarabağın və ona bitişik rayonların işğaldan azad edilməsinə maneə kimi qiymətləndirilib. QHT-lərin müracətində bildirilib ki, 21 oktyabr 2009-cu il tarixdə Türkiyə Böyük Millət Məclisində Türkiyə ilə Ermənistan arasında məlum sazişin müzakirəsi Azərbaycanda narahatlıq doğurur: "Buna görə də Sizi - xalqlarımızın haqlı mövqeyini həmişə dəstəkləmiş türk ictimaiyyətini,- Türkiyənin qeyri-hökümət təşkilatlarını və kütləvi informasiya vasitələrini, Türkiyə Böyük Millət Məclisinin millət vəkillərini Ermənistanla sərhədlərin açılması istiqamətində atılan addımlara qarşı öz etiraz səsinizi ucaltmağa, belə həssas məsələdə AKP iqtidarını düşünülməmiş qərarlar qəbul etməkdən çəkindirməyə çağırırıq. Biz bu müraciətlə Azərbaycanda fəaliyyət göstərən, ölkə əhalisinin müxtəlif təbəqələrini təmsil edən, öz sıralarında on minlərlə fəal insanı birləşdirən QHT mövqeyini Sizin diqqətinizə çatdırırıq. Əminik ki, müraciətimizə biganə qalmayacaqsınız».

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi