Arxiv
14 Noyabr 2010, 18:54 | TƏHSİL
ABŞ-da həbs edilən erməni Azərbaycana deportasiya edilə bilər

ABŞ hüquq-mühafizə orqanları tərəfindən bir ay bundan əvvəl ifşa edilmiş amerika-erməni cinayətkar dəstəsinin Ermənistan Respublikası ilə əlaqələri olduğunu təsdiqləyən məlumatlar daxil olmaqdadır.

ABŞ-ın müxtəlif ştatlarında həbs olunmuş 70-dən çox adamdan ibarət cinayətkar dəstə səhiyyə sığorta sistemində saxtakarlıqla 163 milyon dollar mənimsəməkdə ittiham olunur. Həbs olunanların əksəriyyəti Ermənistanda yaşayan və ya miqrant ermənidir.

Fırıldaqçılıqla ABŞ səhiyyə sığorta sistemini 163 milyon dollar ziyana saldığı bildirilən mütəşşəkkil cinayətkar dəstənin başçısı Pzo ləqəbli, hazırda Amerika vətəndaşı olan Armen Kazaryandır.

Müxtəlif mənbələrdən daxil olan məlumatlara əsasən, Armen Kazaryanın Ermənistandan ABŞ-a getməsi də, vətəndaşlıq alması da müəmmalı yollarla əldə edilib.

90-cı illərdə diribaş ermənistanlıların Azərbaycandan gəlmiş qaçqınlardan öz və bəzən ailə üzvlərinin uyğun yaş kağızları alıb, qaçqın simasında Qərb ölkələrində sığınacaq tapması halları az olmayıb.

Armen Kazaryan da onlardan biridir. Kazaryan ABŞ-a 1996-cı ildə köçüb. Dörd ildən sonra isə ona daimi yaşamağa icazə verilib. Belə ki, onu ABŞ-dan deportasiya etsələr, Ermənistana deyil, ömründə bəlkə də heç görmədiyi Azərbaycana qaytarmalıdırlar. Lakin nədənsə bu fakta fikir verilmir, deyə BBC Azərbaycan xidmətinin Yerevan müxbiri xəbər verir.

Pzo-Armenin keçmişinə gəldikdə, Ermənistan polisinin məlumatına görə, Ermənistanda yaşadığı illər Armen Kazaryan məhkəməyə düşməyib. ABŞ Tədqiqatlar Bürosunun məlumatın əsasən, Armeni Kazaryan qanunda oğru kimi tanınır. O, Los-Ancelesdə reket təşkil etməkdə və federal səhiyyə sistemində fırıldaqçılıq yolu ilə iri miqyasda pul əldə etmək ittihamı ilə həbs olunub.

Armen Kazaryandan başqa, Federal Təhqiqatlar Bürosu daha 30-a yaxın erməni soyadlarından ibarət siyahı yayıb. Onlar reketdə, federal səhiyyə və bank sistemlərilə bağlı fırıldaqda, pul yumaqda, fərdi məlumatlar oğurluğunda və mühacirət əməliyyatları ilə bağlı saxtakarlıqda ittiham olunurlar. Onların neçəsinin Ermənistan vətədaşı olduğu dəqiq məlum deyil.

Bu yaxınlarda ABŞ Federal Təhqiqatlar Bürosu əməkdaşlarının Ermənistanda yerli hüquq-mühafizə orqanları ilə görüşdüyü xəbər verilmişdi. Lakin görüşün təfərrüatlar açıqlanmayıb.

Ermənistan Baş Prokurorluğunun mətbuat katibi Sona Truzyan deyib ki, “lazım gəlsə, amerikalı həmkarlarımız bizə müraciət edər, ya da məlumat təqdim edər. Prokurorluq cinayəti açmaq üçün əməkdaşlıq etməyə hazırdır”.

Ermənistanda bəzi KİV-lər Armen Kazaryanın Ermənistan hakim dairələrinə yaxın şəxslərlə sıx əlaqədə olduğunu bildirirlər.

Bununla bağlı “Jamanak” qəzeti bəzi yeni faktlar aşkar edildiyini xəbər verir.

Məlumatda deyilir ki, cinayətkar dəstənin üzvlərindən biri Poqos Satamyan həbsi ərəfəsində Yerevan polis idarəsinin rəisi Nersik Nazaryanın oğlu Armeni Nazaryanın adına 450 min dollar köçürüb.

Qəzetin yazdığına görə, pullar Kipr və Lixtenşteyn ofşor zonaları vasitəsilə ötürülürmüş.

Satamyanla Nazaryanın Yerevanda müştərək biznesi - Moskviçka mağazalar şəbəkəsi olduğu xəbər verilir. Bundan başqa, dəstə başçısı Armen Kazaryan tərəfindən Ermənistanın sabiq polis rəisi, hazırda föqvəladə hallar naziri Armen Yeritsyana Mersedes ML markaqlı JEEP bağışladığı və onun xanımı ilə Las-Veqasda səfərinin təşkil edildiyi bildirilir.

Jamanak qəzeti ABŞ-da ifşa olunmuş cinayətkar dəstənin başçısı Armen Kazaryanın tanınmış sahibkar, Ermənistan Milli Məclisinin üzvü, Olimpiya Komitəsinin prezidenti Qaqik Tsarukyanla yaxın olduğunu xatırladır.

Lakin 2008-ci ildən sonra ABŞ-da mütəşəkkil cinayətkar dəstə başçısı elan edilən Armen Kazaryanın Tsarukyanla münasibətləri soyuqlaşıb. Onun erməni oliqarxın dəstəyinə ehtiyacı olmayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyev İtaliya Deputatlar Palatasının sədri ilə görüşüb - FOTO 20 Fevral 2020, 21:51 İraq İranla sərhədi bağladı 20 Fevral 2020, 21:36 Azərbaycan meşə yanğınına görə 50 min ABŞ dolları ayırdı 20 Fevral 2020, 21:29 İranda KİV nümayəndələrinə koronavirusla bağlı xəbərdarlıq 20 Fevral 2020, 21:16 Narkoloji xəstə məhkumlar ödənişsiz psixoloji yardım alacaqlar 20 Fevral 2020, 21:03 Prezident İtaliyanın ən iri şirkətlərinin rəhbərləri ilə işçi nahar edib - FOTOLAR 20 Fevral 2020, 20:49 “2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub”  - İtaliya Prezidenti  20 Fevral 2020, 20:39 MSK-nın 4.5 saat çəkən iclası başa çatdı 20 Fevral 2020, 20:37 “Münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır” -  İlham Əliyev 20 Fevral 2020, 20:26 Vətəndaşların xarici valyutada əmanətləri azalıb 20 Fevral 2020, 20:12 Ziyad Səmədzadənin dairəsində 4 məntəqə ləğv olundu 20 Fevral 2020, 20:05 MSK-dan Aydın Hüseynovun lider olduğu dairə ilə bağlı QƏRAR 20 Fevral 2020, 20:00 Cəbhə bölgəsində 40 yaşlı qadın itkin düşdü - ÖZƏL 20 Fevral 2020, 19:54 MSK daha bir dairədə məntəqənin nəticələrini ləğv etdi 20 Fevral 2020, 19:46 Prezident İtaliya Senatının Sədri ilə enerji layihələrini müzakirə etdi 20 Fevral 2020, 19:45 Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayında - FOTOLAR 20 Fevral 2020, 19:31 MSK sədri: “Qubad İbadoğlunun qızını qanunla cəzalandıracaqlar” 20 Fevral 2020, 19:28 İdlibdə 2 türk əsgəri şəhid olub, 5-i yaralanıb 20 Fevral 2020, 19:20 Tahir Mirkişili: “Bütün dünya şahidlik etsin…” 20 Fevral 2020, 19:12 Azərbaycan-İtaliya sənədləri mübadilə edilib 20 Fevral 2020, 18:56 Nazirlik “Qadınların fəhlə bazarın”da çalışanları işlə təmin edəcək - FOTO 20 Fevral 2020, 18:46 Keçmiş deputatın oğlunun namizəd olduğu dairədə 5 məntəqə ləğv olundu 20 Fevral 2020, 18:39 Prezident Neftçalanın icra başçısını işdən çıxardı - İsmayıl Vəliyevin DOSYESİ   20 Fevral 2020, 18:24 MSK “Ölüf, ölüf, derəm saa... Qavır daşı da var” videosunu müzakirəyə çıxardı - VİDEO 20 Fevral 2020, 18:24 Elza Seyidcahan yeni şeir YAZDI: Dövlətimizin sevgisi məni mərd edir... 20 Fevral 2020, 18:18 6 minə yaxın məhkəmə işinə xitam veriləcək 20 Fevral 2020, 18:00 Goranboyda vətənpərvərlik tədbiri keçirilib - FOTO 20 Fevral 2020, 17:54 Universitetdə karyera sərgisi təşkil olunub - Fotolar 20 Fevral 2020, 17:48 Azərbaycan Avstraliyaya 50 min manat yardım etdi 20 Fevral 2020, 17:42 İmamverdi İsmayılovun lider olduğu dairənin nəticəsi ləğv olundu? 20 Fevral 2020, 17:39 Kollec direktoru və müavini rüşvət alarkən YAXALANDI 20 Fevral 2020, 17:30 İlham Əliyev İtaliya Nazirlər Şurasının Sədrini Azərbaycana dəvət etdi 20 Fevral 2020, 17:19 “Görüntüləri sosial şəbəkələrdə paylaşın ki, bizim də sözümüz olmasın”  - Məzahir Pənahov 20 Fevral 2020, 17:13 “Azərbaycan Diaspor Könüllüləri” Vikipediya təlimlərinə başladı - FOTO 20 Fevral 2020, 17:07 Baş Prokurorluq "orqan mafiyası" ilə bağlı məlumat YAYDI 20 Fevral 2020, 17:01