Modern.az

Foqts: “Azərbaycan pivəsi alman və çex pivəsi kimidir”

Foqts: “Azərbaycan pivəsi alman və çex pivəsi kimidir”

14 Noyabr 2010, 23:00

“Ailəmin Azərbaycana münasibəti çox yaxşıdır. Gələn ilin yayında oğlum da Bakıya gələcək". Bu sözləri millimizin baş məşqçisi Berti Foqts ANS-in “Əhatə dairəsi” verilişində söyləyib. Təcrübəli mütəxəssis daha sonra bunları bildirib:

“Ümumiyyətlə Almaniyada Azərbaycanı və Bakını elə də çox tanımırlar. Almaniyada mənimlə zarafatla soruşurlar ki, Bakıda Bin Laden olur? Mən də onlara Azərbaycanın o tip ölkələrdən olmadığını deyirəm. Onlara bildirirəm ki, Sankt-Peterburq, Roma necədirsə, Bakı da elə bir şəhərdir. Hər dəfə bura yenidən gələndə şəhərin sürətlə inkişaf etdiyini görürəm”.

Azərbaycandakı yeməklər barədə də danışan Foqts bunları söyləyib: “Burada qoyun ətindən hazırlanmış yeməklərdən çox xoşum gəlir. Azərbaycanın pivəsini də çox xoşlayıram. Mən buranın pivəsini Almaniya və Çexiya pivəsiylə bir cərgədə görürəm".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir