Arxiv
18 Noyabr 2010, 09:24 | REPORTAJ
Nazirlərin ad günləri… bəzi məmurlar niyə onu gizli saxlayırlar..?

Modern.az nazirlərin hansı Zodiak bürclərinə aid olduğunu araşdırıb

Bəzi yüksək çinli məmurların özlərinə təmtəraqlı ad günləri keçirmələrinə dair məlumatları tez-tez eşidirik. Bununla bağlı mediaya sızdırılan xəbərlərə görə, həmin ad günlərində pul və zənginlik nümayişi aşırı dərəcədə olur...
Azərbaycanda hakimiyyət pilləsinin yuxarı mərtəbələrini tutan məmurların şəxsi həyatı, xarakteri haqqında məlumatlar hər zaman ictimai kəsimin marağını cəlb edib.
Bunu nəzərə alan Modern.az mərkəzi icra hakimiyyəti orqanlarına – nazirliklərə, komitələrə və onlara bərabər olan qurumlara rəhbərlik edən məmurların ad günləri və hansı bürcdən olmaları barədə məlumatları araşdırıb. Məlum olub ki, bəzi nazirlər öz ad günləri barədə məlumatları ictimaiyyətin bilməsini istəmirlər. Hər halda bir sıra yürsək ranqlı şəxslərin tərcümeyi-halı barədə məlumatların redaktə olunmaqla nazirliklərin və komitələrin veb-səhifələrində yerləşdirilməsi belə deməyə əsas verir.   

Beləliklə…

Başlayaq Azərbaycan Respublikasının ikinci rəhbər şəxsi- baş nazir Artur Rasizadədən. Artur Tahir oğlu Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olub. Şərq təqviminə görə, Artur müəllim qaban ilindən, balıqlar bürcündəndir.
A.Rasizadə 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirib.
1996-cı ildən baş nazir postunu tutur.

***
Konstitutsiyaya görə, üçüncü ali vəzifənin sahibi - Milli Məclisin sədri Oqtay Sabir oğlu Əsədovun da ad günü gizli saxlanılmır. Spiker 1955-ci il yanvarın 3-də Ermənistan Respublikası Qafan rayonunun Şəhərcik kəndində anadan olub. O.Əsədov oğlaq bürcündən, qoyun ilindəndir.
Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun maşınqayırma texnologiyası fakültəsini bitirib. Evlidir, 2 övladı var.

***
Prezident Administrasiyasının rəhbəri Mehdiyev Ramiz Ənvər oğlu 17 aprel 1938-ci ildə Bakı şəhərində anadan olub. Qoç bürcündən, pələng ilndəndir.
1961-66-cı illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. İndiki vəzifəsində 1995-ci ilin fevralından çalışır.

***
Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Fəttah oğlu Heydərovun da ad günü ictimaiyyətdən gizli saxlanılmır. Nazir 15 iyul 1961-ci ildə Naxçıvan şəhərində anadan olub. Şərq təqvimi ilə desək, cənab Heydərov xərçəng bürcündən, öküz ilindəndir.
O, Azərbaycan Dövlət Universiteti və Azərbaycan Universitetini bitirib.
Ailəlidir, 2 övladı var.

***
Daxili işlər naziri, general-polkovnik Ramil İdris oğlu Usubovun ad günü barədə dəqiq məlumat verilmir. DİN-in internet saytında nazirin 1948-ci ildə (ay və gün göstərilməyib-A.Q.) Xocalı rayonunda anadan olduğu qeyd edilib. Bu səbəbdən də Şərq təqviminə görə siçan ilindən olan nazirin hansı Zodiak bürcünə mənsubluğunu göstərə bilmirik.
1973-cü ildə N.Rizayev adına Bakı Xüsusi Orta Milis Məktəbini, 1980-cı ildə isə SSRİ DİN-in Akademiyasını bitirib.
1994-cü ildə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib.
Ailəlidir, 3 övladı var.

***
Təhsil naziri Misir Cumayıl oğlu Mərdanov 1946-cı il oktyabrın 3-də anadan olub. Cənab Mərdanov it ilindən, tərəzi bürcündəndir.
1969-cu ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib.
1998-ci ildən Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışır.
Ailəlidir, 3 övladı var.

***

Milli təhlükəsizlik naziri, general-leytenant Eldar Əhməd oğlu Mahmudov 1956-cı ildə Bakı şəhərində anadan olub. Cənab Mahmudovun da ad günü barədə məlumat verilmir. Şərq təqviminə görə, o, meymun ilindəndir, bürcünü isə qeyd edə bilməyəcəyik.
1978-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Azərbaycan Respublikası Prezidentinin 23 iyul 2004-cü il tarixli 320 nömrəli sərəncamı ilə milli təhlükəsizlik naziri təyin olunub.
Ailəlidir, 3 övladı var.

***

Ədliyyə naziri Fikrət Fərrux oğlu Məmmədovun da ad günü bizə məlum deyil. O, 1955-ci ildə Bakı şəhərində anadan olub. Qoyun ilindəndir.
1977-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1989-cu ildə Bakı Ali Partiya Məktəbini bitirib.
Evlidir, 3 övladı var.

***
Vergilәr naziri, II dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Әsәd oğlu Mәmmәdov 1964-cü ildә Şamaxı rayonunda anadan olub. Ad günü bardə məlumat gizli saxlanılır. Şərq təqviminə görə əjdaha ilindəndir.
1985-ci ildә D.Bünyadzadә adına Azәrbaycan Xalq Tәsәrrüfatı İnstitutunun maliyyә-kredit fakültәsini bitirib.
1999-cu ildən vergi sahəsinə rəhbərlik edir.
Ailәlidir, 3 övladı var.

***
Maliyyə naziri Samir Rauf oğlu Şərifov 7 sentyabr 1961-ci ildə doğulub. Cənab Şərifov qız bürcündən, öküz ilindəndir.
1983-cü ildə Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin  Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib, magistr dərəcəsi alıb.  
2006-cı ilin aprel ayından Azərbaycan Respublikasının maliyyə naziridir.
Evlidir, 2 övladı var.

***
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov 1955-ci il təvəllüdlüdür. Ad günü barədə rəhbərlik etdiyi nazirliyin məlumat bazasında informasiya verilməyib. Bu səbəbdən də qoyun ilindən olan Bağırovun hansı bürcə məxsusluğunu qeyd etməkdə çətinlik çəkirik.
1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib.
2001-ci ildən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbəridir.

***
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Həsən oğlu Ələkbərov 1958-ci ildə Culfa şəhərində anadan olub. Onun da doğulduğu gün və ay barədə informasiya tapa bilmədik. Cənab Ələkbərov Şərq təqviminə görə it ilindəndir.
1980-cı ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini, 1991-ci ildə isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsini bitirib.
2006-cı ilin fevral ayından Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziridir.

***

İqtisadi inkişaf naziri Şahin Abdulla oğlu Mustafayev 1965-ci ildə anadan olub. İlan ilinə mənsub olan nazirin doğulduğu ay və gün barədə məlumatı öyrənə bilmədik.
1989-cu ildə M.Voznesenski adına Maliyyə-İqdisad İnstitutunun Bakı filialını bitirib.
2008-ci il oktyabrın 31-dən iqtisadi inkişaf naziridir.
Ailəlidir, 3 övladı var.

***
Xarici işlər naziri Elmar Məhərrəm oğlu Məmmədyarovun ad günü barədə müfəssəl məlumat var. O, 1960-cı il iyulun 2-də Bakı şəhərində anadan olub. Deməli cənab Məmmədyarov siçan ilindən, xərçəng bürcündəndir.
Nazir 1977-1982-ci illərdə Kiyev Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq bölməsində təhsil alıb.     
2 aprel 2004-cü il tarixindən Azərbaycan Respublikasının xarici işlər naziridir. 

***

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Yanvar oğlu Müslümov 1961-ci il noyabrın 1-də  anadan olub. Şərq təqviminə inansaq, Səlim müəllim öküz ilindən, əqrəb bürcündəndir.
1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutunun Uçot-iqtisad fakultəsini bitirib. 2002-ci ilin 17 dekabr tarixində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə təyin edilib.
Evlidir, 3 övladı var.

***

Kənd təsərrüfatı naziri İsmət Dursun oğlu Abasov 1954-cü il mayın 25-də İrəvan şəhərində anadan olub. İsmət müəllim at ilindən, əkizlər bürcündəndir.
1976-cı ildə D.Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.
23 oktyabr 2004-cü ildən isə kənd təsərrüfatı naziri vəzifəsində çalışır.
Ailəlidir, 2 övladı var.

***
Azərbaycan Respublikasının baş prokuroru Zakir Bəkir oğlu Qaralov 1956-cı il yanvarın 13-də Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olub. Meymun ilindən, oğlaq bürcündəndir.
1979-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
25 aprel 2000-ci il tarixdən Azərbaycan Respublikasının baş prokuroru vəzifəsində işləyir.
Ailəlidir, 2 övladı var.

***
Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Rüstəm oğlu Vəliyev
15 mart 1955-ci ildə Yevlax şəhərində anadan olub. Qoyun ilindən, balıqlar bürcündəndir.
1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 10 fevral 2005-ci il tarixdə Azərbaycan Respublikasının hərbi prokuroru vəzifəsinə təyin edilib.
Ailəlidir, 3 övladı var.

***

Müdafiə naziri, general-polkovnik Səfər Axundbala oğlu Əbiyev 1950-ci ilin 27 yanvarında Bakıda anadan olub. Dolça bürcündən, pələng ilindəndir.
1971-ci ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbini, 1982-ci ildə isə Moskvada Frunze adına hərbi akademiyanı bitirib. O, 1995-ci il fevralın 5-dən Azərbaycanın müdafiə naziridir.

***
Konstitutsiya Məhkəməsinin sədri Fərhad Abdullayev 5 dekabr 1958-ci ildə Bakı şəhərində anadan olub. İt ilindən, oxatan bürcündəndir.
1980-ci ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
25 iyun 2003-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin təsdiqindən sonra Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri vəzifəsinə təyin edilib.
Ailəlidir, 2 övladı var

***
Hesablama Palatasının sədri Heydər Xanış oğlu Əsədov 1959-cu il oktyabr ayının 24-də anadan olub. Qaban ilindən, əqrəb bürcündəndir.
1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini bitirib. 1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsini bitirib.
17 Aprel 2007-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Hesablama Palatasının Sədri vəzifəsinə təyin edilib.
Ailəlidir, 3 övladı var.

***
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Şamil oğlu Məmmədov 6 yanvar 1947-ci ildə Ermənistan Respublikası Amasiya rayonunun Yeniyol kəndində anadan olub. Qaban ilindən, oğlaq bürcündəndir.
1970-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirib.
18 aprel 2001-ci il tarixində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri təyin olunub. Ailəlidir, 2 övladı var.

***

Rabitə və informasiya texnologiyaları naziri Əli Məmməd oğlu Abbasov 1953-cü ildə anadan olub. İlan ilində doğulan Əli müəllimin hansı bürcdən olduğunu qeyd edə bilmirik. Çünki onun ad günü barədə məlumat verilmir.
1969-cu ildə avtomatika və telemexanika ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1972-ci ildə təhsilini davam etdirmək üçün Moskva Energetika İnstitutuna (MEİ) koçürülüb və 1976-cı ildə oranı avtomatika və telemexanika ixtisası üzrə bitirib.
2004-cü il fevralın 20-dən Azərbaycan Respublikasının rabitə və informasıya texnologiyaları naziridir.
Ailəlidir, 2 övladı var.

***
Mədəniyyət və turizm naziri Əbülfəs Mürsəl oğlu Qarayev 13 noyabr 1956-ci ildə Bakı şəhərində anadan olub. Əqrəb bürcündən, meymun ilindəndir.
1973-1978-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb. 2006-cı ildən mədəniyyət və turizm naziridir.
Ailəlidir, 1 övladı var.

***
Nəqliyyat naziri Ziya Ərzuman oğlu Məmmədov 1952-ci ildə anadan olub. Doğulduğu gün və ay barədə məlumat verilmir. Əjdaha ilindəndir, bürcünü bilmirik. Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirib.
Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2002-cı il tarixli 750 nömrəli fərmanı ilə nəqliyyat naziri vəzifəsinə təyin edilib.
Ailəlidir, 2 övladı var.

***
Gənclər və idman naziri Azad Arif oğlu Rəhimov 8 oktyabr 1964-cü ildə Bakıda anadan olub. Əjdaha ilindən, tərəzi bürcündəndir. 1981-1986-cı ildə Azərbaycan Dillər Universitetini bitirib.
2006-cı ildə Azərbaycan Respublikası gənclər və idman naziri təyin olunub.
Evlidir, 1 övladı var.

***
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Ayvaz oğlu Həsənov 20 avqust 1961-ci ildə Borçalıda anadan olub. Öküz ilindən, şir bürcündəndir.
1978-1983-cü illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda təhsil alıb.
2005-ci ilin dekabr ayından Azərbaycan Respublikasında standartlaşdırma, metrologiya və patent sahəsində rəhbər şəxsdir.

***
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Cəbrayıl oğlu Aslanlı 1970-ci ildə Bakı şəhərində anadan olub. Doğulduğu gün və ay barədə məlumat verilmədiyindən, yalnız onun it ilindən olduğunu qeyd edə bilərik.
1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirib. 2008-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə sədr vəzifəsinə təyin edilib.
Ailəlidir, 2 övladı var.

****

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Əvəz oğlu Həsənov 2 avqust 1969-cu ildə doğulub. Xoruz ilindən, şir bürcündəndir.
İxtisasca iqtisadçıdır.

***
Dövlət Statistika Komitəsinnin sədri Arif Mikayıl oğlu Vəliyev 1943-cü il iyun ayının 28-də Ağstafa rayonunun Həsənsu kəndində anadan olub. Qoyun ilindən, xərçəng bürcündəndir.
1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.
1993-cü ilin may ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədridir.
Evlidir, 2 oğlu var.

***
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev 1965-ci il aprelin 3-də Naxçıvan şəhərində anadan olub. İlan ilindən, qoç bürcündəndir.
1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsinə daxil olub. 1985-ci ildə köçürmə yolu ilə V.V.Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutuna göndərilib. 1989-cu ildə həmin institutu bitirib.
9 dekabr 2005-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsinə təyin edilib.
Ailəlidir, 1 oğlu, 1 qızı var.

***
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Ağəmi oğlu Bəşirov. Gəmiçiliyin internet resursunu və ümumiyyətlə interneti ələk-vələk etsək də, cənab Bəşirovun tərcümeyi-halı barədə məlumat əldə edə bilmədik.
Bakı dənizçilik məktəbinin məzunudur. Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunu bitirib. Uzaq səfərlər kapitanıdır. Azərbaycan Respublikası prezidentinin 19 avqust 1994-cü il tarixli fərmanı ilə bu vəzifəyə təyin edilib.

***

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Sirac oğlu Rüstəmov  1952-ci ildə Cəbrayıl rayonunda anadan olub. Əşdaha ilində doğulub. Bürcü barədə qeydlərimiz yoxdur.
1973-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu Xalq təsərrüfatının planlaşdırılması ixtisasını bitirib.
1995-ci ilin yanvarında indiki vəzifəsinə təyin edilib.
Ailəlidir. 3 övladı var.

***
Diasporla İş üzrə Dövlət Komitəsinin Nazim Hüseyn oğlu İbrahimov 1963-cü ilin dekabrın 23-də Naxçıvanda anadan olub. Dovşan ilindən, oğlaq bürcündəndir.
1985-ci ildə Azərbaycan Politexnik İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib. 2002-ci ildən bu vəzifədədir.
Ailəlidir, 2 övladı var.

***
Ali Məhkəmənin sədri Ramiz Yaqub oğlu Rzayev 25 fevral 1953-cü ildə anadan olub. İlan ilindən, balıqlar bürcündəndir.
1971-1977 – ci illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsində təhsil alıb.
2005 - ci il aprelin 19-dan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədridir.
Ailəlidir, 3 övladı var

 ***

Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Arif oğlu Mövsümov 1972-ci il yanvarın 31-də Naxçıvan şəhərində doğulub. Siçan ilindən, dolça bürcündəndir.
Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib.
2006-cı il mayın 15-dən Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru vəzifəsinə təyin edilib.
Evlidir, 3 övladı var.

***

Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərim oğlu Kərimov 18 oktyabr 1948-ci ildə İrəvan şəhərində anadan olub. Siçan ilindən, tərəzi bürcündəndir.
1966-1971-ci illər Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb.
Evlidir, 2 övladı var.

***
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 1951-ci ildə doğulub. Dovşan ilindəndir. Doğulduğu gün və ay barədə məlumat yoxdur.
Fizika-riyaziyyat elmləri doktoru, professordur.
Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilib. Deputatları Azərbaycan Respublikasının Milli Məclisində çoxluq təşkil edən və onun namizədliyini təqdim edən siyasi partiyanın-YAP-ın nümayəndəsi olaraq MSK-nın sədri seçilib.

***

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Mehdi qızı Abbaszadə 1953-cü ildə Bakı şəhərində anadan olub. İlan ilindəndir.
1975-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hesablama riyaziyyatı və kibernetika fakültəsini bitirib.
2000-ci ilin oktyabr ayından TQDK-nın sədri vəzifəsinə təyin olunub.
İki övlad anasıdır.

***
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Abbas oğlu Ələsgərov 1937-ci ildə Bakı şəhərində anadan olub. Öküz ilindəndir.

***
Azərbaycan Hava Yolları Dövlət Konserninin baş direktoru Cahangir  Cəlal oğlu Əsgərov 11 iyul 1950-ci ildə Bakıda anadan olub.  Pələng ilindən, xərçəng bürcündəndir.
1980-cı ildə Leninqrad Mülki Aviasiya Məktəbini bitirib.  1996-cı ildən Azərbaycan Hava Yolları Dövlət Konserinin baş direktorudur.
Evlidir, 2 övladı var.


***
Sənaye və energetika naziri Natiq Ağaəmi oğlu Əliyev 23 noyabr 1947-ci ildə Bakıda anadan olub. Oxatan bürcündən, qaban ilindəndir.
1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.
Azərbaycan Respublikasının 6 dekabr 2004-cü il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının sənaye və energetika naziri təyin edilib.

***
Müdafiə sənayesi naziri Yavər Talıb oğlu Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çəlbeşdəli kəndində anadan olub. Öküz ilindən, tərəzi bürcündəndir.
2006-cı ilin mart ayında Azərbaycanın müdafiə sənayesi naziri təyin edilib.

***
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Kamran qızı Hüseynova 13 avqust 1955-ci ildə Bakıda anadan olub. Qoyun ilindən, şir bürcündəndir.
Azərbaycan Dövlət Unuversitetini bitirib.
2 iyun 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib.

***
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Bəhman oğlu Xəlilovun da tərcümeyi-halı barədə məlumat əldə edə bilmədik.
O, 1979 -1984-cü illərdə Moskva Dövlət Universitetinin Hüquq fakultəsində hüquqşünaslıq ixtisası üzrə təhsil alıb
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 29 mart tarixli 725 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri vəzifəsinə təyin olunub.
***

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov 5 sentyabr 1944-cü ildə Zəngəzurun Muğru bölgəsinin Maralzəmi kəndində anadan olub. Meymun ilindən, qız bürcündəndir.
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
2006-cı ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədridir.
Ailəlidir, 3 övladı var.

***
Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru İskəndər Çəndirli, səhiyə naziri Oqtay Şirəliyev tərcümeyi-halından informasiya öyrənmək mümkün olmadı.

Adəm Qorxmaz 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əhəd Abıyev Daşkəsəndə səyyar qəbul keçirdi 19 Fevral 2020, 16:24 Sevinc Fətəliyevanın dairəsində 4 məntəqənin nəticələri ləğv olundu 19 Fevral 2020, 16:22 MSK daha 3 dairə ilə bağlı QƏRAR VERDİ 19 Fevral 2020, 16:15 MSK-nın iclası BAŞLADI 19 Fevral 2020, 16:09 Paşinyan 2 generalı qovdu 19 Fevral 2020, 16:03 Saxta sənədlərlə maliyyə əməliyyatı aparan şəxslər SAXLANILDI 19 Fevral 2020, 15:57 Vidadi Zeynalovun əmlakı ilə bağlı araşdırma aparılır 19 Fevral 2020, 15:50 Sosial xidmətin inkişafına dair Milli Strategiya layihəsi hazırlanıb 19 Fevral 2020, 15:42 TƏBİB Ağdaşda yayılan təhlükəli virusla bağlı məlumat yaydı 19 Fevral 2020, 15:36 11 məntəqə ləğv edildi, fərq isə belədir... 19 Fevral 2020, 15:06 Ukraynadakı diaspor lideri GİLEYLƏNDİ: “Səfirin bizə qarşı qarayaxmalarını başa düşə bilmirəm” 19 Fevral 2020, 15:00 Bakı-Qazax yolunda raket tapılıb - FOTO 19 Fevral 2020, 14:54 Dağlıq Qarabağın azərbaycanlı icması ermənilərin saxtakarlığına münasibət bildirdi 19 Fevral 2020, 14:48 Bu fotoyla məşhurlaşan kənd müəllimi nazirliyə dəvət olundu - FOTO 19 Fevral 2020, 14:42 Ağır yol qəzası: 1 nəfər ölüb, 3 nəfər xəsarət 19 Fevral 2020, 14:36 Azərbaycanın bu ərazisində təhlükəli xəstəliklər yayıldı 19 Fevral 2020, 14:30 Azərbaycanda uzunömürlülərin sayı AÇIQLANDI 19 Fevral 2020, 14:24 “Lionel Messi ilə bu mükafatı bölüşmək möhtəşəm hissdir” - Formula 1 üzrə dünya çempionu 19 Fevral 2020, 14:18 Türkiyənin Azərbaycandakı səfiri rektorla görüşdü 19 Fevral 2020, 14:12 Amerikalı konqresmenlər Qarabağdakı “seçkilər”ə öz nümayəndələrini göndərir 19 Fevral 2020, 14:12 Dairə Seçki Komissiyasının sədri komaya düşdü 19 Fevral 2020, 14:06 Tovuzda təkərin partlaması ölümlə nəticələndi 19 Fevral 2020, 14:00 Türkiyə hər an əməliyyatlara başlaya bilər - Ərdoğan açıqladı 19 Fevral 2020, 13:54 Azərbaycanlı deputat gürcü politoloqun təxribatına CAVAB VERDİ 19 Fevral 2020, 13:48 Müdafiə Nazirliyi Xocalı tədbirləri keçirəcək 19 Fevral 2020, 13:41 Bakıda 40-a yaxın sərnişini soyan şəxs tutuldu 19 Fevral 2020, 13:37 Bakıda çay evində 24 yaşlı oğlan ürəyindən bıçaqlandı 19 Fevral 2020, 13:30 İranda koronavirus aşkarlandı 19 Fevral 2020, 13:24 Şəmkirdə xeyli sayda silah-sursat tapıldı 19 Fevral 2020, 13:18 Ali məktəblərə və kolleclərə sənəd qəbulunun vaxtı AÇIQLANDI 19 Fevral 2020, 13:12 Sabahın HAVA PROQNOZU - yağış, duman, qar 19 Fevral 2020, 13:06 Qanunsuz tikilən evlər SƏNƏDLƏŞDİRİLƏCƏK 19 Fevral 2020, 13:00 Azərbaycanda “google map” vasitəsi ilə narkotik satan şəxslər SAXLANILDI 19 Fevral 2020, 12:55 JTI yenidən “Ən yaxşı işəgötürən”dir 19 Fevral 2020, 12:49 Tibbdə inqilab edən DAHİLƏR – Hippokratdan bu yana… 19 Fevral 2020, 12:42