Arxiv
30 Dekabr 2015, 17:15 | MÜSAHİBƏ
“Onlar millət yolunda bir qara qəpiklərindən keçməzlər” - MÜSAHİBƏ

Sabir Rüstəmxanlı: “Ömrü boyu haramla yaşamaq olmaz, qazanırsansa, bunun bir hissəsi xalq üçün xərclənməlidir”  


1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Sonrakı il Azərbaycan parlamenti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı qərar qəbul edib.
1993-cü ildə isə Azərbaycan Respublikası prezidenti Heydər Əliyevin fərmanı ilə 31 dekabr tarixi rəsmi olaraq dövlət bayramı - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü elan olunub.

Artıq 24 ildir dünyada və Azərbaycanda 31 dekabr Yeni il bayramı ilə paralel olaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilir.

Bu günün önəmi, mahiyyəti və indiki dövrdə dünya azərbaycanlılarının həmrəyliyi ilə bağlı suallarımızı Dünya Azərbaycanlıları Konqresinin həmsədri, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, keçmiş deputat Sabir Rüstəmxanlı cavablandırıb. Modern.az saytı onunla müsahibəni təqdim edir:

- Sizcə, indi dünya Azərbaycanlıları nə qədər həmrəy ola biliblər? Siz onları nə dərəcədə həmrəy görə bilirsiniz?

- Bu, əslində çox çətin bir sualdır. Ona görə ki, azərbaycanlılar dünyada param-parça bir vəziyyətdə yaşayırlar. Müxtəlif ölkələrdə müxtəlif siyasi rejimlərin təzyiqləri altındadırlar. Nisbətən balaca bir hissəsi, 10 milyonu öz müstəqil dövlətini qura bilib. Buna baxmayaraq, burada da problemlər var. Çünki Dağlıq Qarabağın işğalı nəticəsində öz yurdundan-yuvasından 1 milyona yaxın insan qaçqın düşüb. Yəni burada da insanların hələ müstəqilliyin dadını istənilən qədər hiss etmək imkanı olmayıb.

Müstəqillikdən əvvəl müsibət, müharibə, fəlakət başlayıb. Bu gün müvəqqəti atəşkəs olsa da, müharibə davam edir, xalqın əzabları da bitməyib. Qalan bir hissəsi isə İranda fars millətçi rejiminin, İslam dini adına fars şovinist rejiminin təsiri altında yaşayır. Orada əlbəttə, sayca  azəri türklərindən az olan farslar öz qədim, ənənəvi üsulları ilə milləti əzməkdə, onların hüquqlarını pozmaqda davam edir. Təhqiramiz şəkildə onları assimilyasiya edir və bizlərdən uzaqlaşdırmağa çalışırlar. Buna qarşı müqavimət var, ancaq çox zəifdir. Bu proses yaxın zamanda normal nəticəyə gətirib çıxara bilməz. Oradakı xalq müəyyən yardım, beynəlxalq dəstək, dünyanın diqqətini özünə cəlb etmək istəyirsə, daha ardıcıl və ciddi müqavimət göstərməlidir. İraqda - Kərkükdə, türklər kürd terrorçularının işğalı nəticəsində param-parça düşüb, dünyaya səpələniblər.

Borçalı türkləri də hələ lazım olan haqlarına qovuşmayıblar. Gürcüstan hələ də azəri və ahıska türklərinin hüquqlarının bərpasına imkan vermir. Azərbaycanlıların vəziyyəti son vaxtlar məktəb, iş yerləri vasitəsilə normallaşır. Ancaq bir vaxtlar oralara gürcülər erməniləri, svanları doldururdular.  Orada da ciddi problemlər var. Yəni Azərbaycan diasporu bu coğrafiyalarda dağılıb.

- Sizin təşkilatınız yaranan gündən müstəqil Azərbaycanın tarixinin hansı illərində dünya azərbaycanlıları özünü daha çox mütəşəkkil və kompakt şəkildə göstərə bilib? Bəs, son illərdə bu proseslərin zəifləməsinin səbəbləri nədir ?

- Mənə elə gəlir ki, mərhum Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyinin mahiyyətini daha dəqiq başa düşürdü. Heydər Əliyev o zaman Azərbaycanda dalbadal dünya azərbaycanlılarının qurultaylarını keçirirdi. İndi bu proses bir az da genişlənib. Türk xalqlarının diaspor təşkilatlarının yaxınlaşması prosesi gedir. Məncə, bu gün Azərbaycanda bunun mahiyyətini və əhəmiyyətini başa düşürlər. Sadəcə olaraq, bəzi türk dövlətləri bunun mahiyyətini tam anlaya bilmir. Türk birliyi ideyasının zirvə toplantılarına Özbəkistan, Türkmənistan qatılmır. Türk birliyi dünyada ciddi təzyiqlərlə qarşılanır. Bu da onu göstərir ki, dünyada demokratiya çağırışları yalnız sözdədir. Hamının SSRİ-dən ayrıldığı zaman türk birliyinə böyük istək və maraq var idi. Amma sonradan hər ölkənin öz daxilində elə problemlər və müqavimətlər ortaya çıxdı ki, artıq türk birliyi ideyası yoxa çıxmağa başladı.

- Müstəqillikdən sonra müəyyən səbəblərdən Azərbaycanı tərk edənlərin bəziləri zaman-zaman Amerikada və Avropada Azərbaycan əleyhinə proseslərdə iştirak edirlər. Onların dünya azərbaycanlılarının həmrəyliyinə dəstək verməməsinin və xaricdəki bəzi azərbaycanlılarda fikir ayrılıqlarının yaranmasına səbəb nədir?

- Onların bir hissəsi Azərbaycandan düşmən kimi gedib. Yəni bu xalqın düşməni idi və açıb buraxıblar xaricə. Şəxsən mən buna heç vaxt yol verməzdim. Həmin şəxslər xalqın düşməni idisə, düşmən kimi öz cəzalarını burada çəkməli idilər. Əslində, biz onlara bütün dünya boyu gəzib at oynatmağa şərait yaratmışıq. Onların bir hissəsi düşməndir. Yəni onları başqalarından ayırmaq lazımdır. Başqa bir təbəqə iqtidara qarşı müxalif olublar, ölkədən gediblər. İndiki iqtidara qarşı müxalif mövqelərini qoruyurlar. Buna norma baxmaq lazımdır. Amma, biriləri də var ki, öz həyatını təmin etmək üçün xaricə gediblər. Azərbaycanda insan haqlarını müdafiə etmək, Azərbaycanın işğal olunmuş torpaqları uğrunda mübarizə aparmaq, ölkənin tarixini və mədəniyyətini tanıtmaq əvəzinə xaricdə də oturub Azərbaycanla mübarizə aparırlar.

- 10-15 il bundan qabaqla müqayisədə ölkədə və xaricdə aparılan dünya azərbaycanlılarının həmrəylik siyasəti zəif həyata keçirilir. Bunun səbəbləri nədən ibarətdir ?

- Bunun səbəbləri barədə heç nə deyə bilmərəm. Düşünmürəm ki, həmrəylik ideyaları zəif həyata keçirilir və zəifləyib. Biz Dünya Azərbaycanlıları Konqresi olaraq fəaliyyətimizi davam etdiririk. İldən-ilə də əlaqələrimiz genişlənir, dərnəklər yaradılır. Amma, xaricdəki diaspor təşkilatlarımız Azərbaycana yalnız donor gözü ilə baxırlar . Elə hesab edirlər ki, Azərbaycan onlara hökmən maliyyə yardımları verməlidir. Azərbaycan dövlət olaraq onlara istiqamət vermək və yardım etməyə, bəlkə də borcludur. Amma qonşularımızda tərsinədir. Onların diaspor təşkilatları Qarabağ ermənilərinə külli miqdarda pul yardımları edirlər. Düzdür, ermənilər həmin ölkələrə çoxdan gediblər, kök salıblar, bizneslərini qurublar. Amma, bizimkilər xaricə həm gec gediblər, həm də bir tikə çörək dalınca düşüblər. Diaspor fəaliyyətimizin zəifləməsinin səbəblərindən biri də odur ki, hamı ələbaxan olub.  Hamı gözləyir ki, buradan pul verilsin və onlar da işləsinlər. Məncə, bu perspektivi olmayan bir işdir. Diaspor işi pula, maliyyəyə baxmaz, o insanın qeyrətinə baxar. Bu sahədə ziddiyyətlərin dərinləşməsinin əsas səbəblərində biri də odur ki, artıq ölkə içərisində ziddiyyətlər dərinləşib. Hakimiyyət getdikcə xalqın qayğı və dərdlərindən uzaq düşüb.. Dünyada iqtisadiyyatın ümumi qanunları var. O qanunlara zidd getmək olmaz. Azərbaycanda nazirlərin və bəzi adamların simasında yeni iqtisadi model ortaya çıxıb. Bu modellə çox uzağa getmək olmaz. Ümumi qanunlara qayıtmaq lazımdır. O zaman xalqla hakimiyyət bir-birini daha yaxşı başa düşər. O zaman diaspora da ölkəyə daha da yaxınlaşar.

- Milli Məclisin dünənki iclasında Səməd Seyidov bildirdi ki, xaricə səfir və diplomatlar təyin edərkən, diqqətli olmaq lazımdır. Sizcə, dünya azərbaycanlılarının həmrəylik məsələlərinə xaricdəki bəzi səfirlərimizin yaxşı işləməməsi təsir edə bilərmi?

- Şübhəsiz ki, bizim xaricdəki səfirliklərimiz oradakı diasporların işlərinə ciddi təsir göstərirlər. Haradakı diplomat ağıllı, təcrübəli və məsuliyyətlidirsə, orada yaşayan azərbaycanlılarla öz fəaliyyətini qura bilirsə, orada bizim diaspor da güclənir və həmin ölkənin siyasi həyatında iştirak edə bilir. Amma, haradakı diplomat 5 azərbaycanlı bir yerə yığışanda canına vahimə düşürsə, Azərbaycan dilini bilmədiyi üçün onlarla öz dillərində danışmağı bacarmırsa, tarixini, mədəniyyətini, ədəbiyyatını bilmirsə, kiminsə təsiri ilə xaricə göndərilirsə, bu, heç bir fayda verməyəcək. Onlar elə bilirlər ki, sovet dövründəki kimi, göndərildiyi ölkədə oturan yerdə qazanacaqlar. İndiki səfirlər ön cəbhəyə gedən əsgər, zabit kimi olmalıdır. Gedib xaricdə dövlətin və millətin haqlarını qorumalıdırlar.

- Bu gün Azərbaycanda və dünyada yaşayan milyonçu, milyarder azərbaycanlılar nəyə görə dünya azərbaycanlılarının həmrəyliyi, xaricdəki diaspora işlərinə yardım etməkdə maraqlı deyillər?

- Əvvəla, onu deyim ki, mən neçə illərdir Dünya Azərbaycanlıları Konqresinin əvvəlcə məclis sədri, hazırda həmsədriyəm. İndiyə qədər Moskvada yaşayan dostlarımızdan başqa heç bir milyonçu, yaxud zəngin adamdan 5 qəpik, 5 manat yardım görməmişik. Bunlar millət yolunda qara qəpiklərindən keçməzlər. Bizim qeyri-hökumət təşkilatlarına və ciddi milli layihələrə də qrantı, yardımı çox çətinliklə verirlər. Bu, qanunlarla tənzimlənməlidir. Yəni QHT-lərə, yaxud şəxslərə maliyyə yardımı göstərən insanlar, iş adamları, biznesmenlər vergidən azad olunmalıdırlar. Bu, bütün dünyada belədir. Onda həmin iş adamları həvəslə bu işi edərlər. Amma indiki zamanda iş adamları qorxurlar ki, DAK-a 10-15 manat yardım etsələr, onun yaxasından yapışıb pulu haradan aldığını soruşacaqlar. Ona görə də problemlər, çətinliklər olacaq. İkinci tərəfdən, qonşularımızda bu işlə daha çox kilsə maraqlanır. Bizdə təəssüf ki, belə işlərlə məşğul olan elə bir qurum yoxdur. Qafqaz Müsəlmanları İdarəsinin isə belə bir mexanizmi yoxdur. Bir məsələ də var, bizim milli bəlamız olan nəfsdir. İslamda xüms, zəkat var. Bizdə isə belə iş adamları yoxdur. Ömrü boyu haramla yaşamaq olmaz. Qazanırsansa, bunun bir hissəsi xalq üçün xərclənməlidir.  

Ağa  AKİFOĞLU

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident küçələrdən siqaret kötükləri topladı 20 Sentyabr 2020, 00:59 İsveçrə ATƏT-in sədrliyi postuna namizəd irəli sürməyib 20 Sentyabr 2020, 00:43 Trampa qarşı qəsdin qarşısı alındı 20 Sentyabr 2020, 00:26 “Əsrin müqaviləsi”nin 26 ili tamamlandı 20 Sentyabr 2020, 00:09 Qubada polis postu quruldu 19 Sentyabr 2020, 23:58 6 futbol hakimi koronavirusa yoluxdu 19 Sentyabr 2020, 23:42 Əfqanıstanda terror: 1 ölü, 5 yaralı 19 Sentyabr 2020, 23:31 Bakıda kürəkən qaynanasını avtomobillə vurdu 19 Sentyabr 2020, 23:17 Bombardmançı təyyarə dünya rekordu qırdı 19 Sentyabr 2020, 23:03 Bu ölkədə koronavirusa yoluxanların sayı 390 358 nəfərə çatıb 19 Sentyabr 2020, 22:47 FETÖ ilə əməkdaşlıqda şübhəli bilinənlər saxlanıldı 19 Sentyabr 2020, 22:33 “Sumqayıt” lider oldu 19 Sentyabr 2020, 22:17 Amur çayı daşdı: balıqlar şəhərdə üzür – VİDEO 19 Sentyabr 2020, 22:01 Gəncədə gənc oğlan bıçaqlanıb 19 Sentyabr 2020, 21:44 BDU professorun universitetə buraxılmamasının SƏBƏBİNİ AÇIQLADI 19 Sentyabr 2020, 21:30 Türkiyədə koronavirusdan sağalanların sayı 266 117-yə çatıb  19 Sentyabr 2020, 21:17 Mahir Abbaszadə seçicilərlə növbəti videoqəbul keçirib 19 Sentyabr 2020, 20:58 “Bu işğalçı dövlətin növbəti məkrli oyunlara hazırlaşdığının bariz nümunəsidir” - Tural Gəncəliyev 19 Sentyabr 2020, 20:45 Qərbi Kaspi Universitetinin tələbələri Virtual Tələbə Uğur Forumuna qatılıb 19 Sentyabr 2020, 20:31 “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” - İlham Əliyev 19 Sentyabr 2020, 20:18 Yol qəzası mərkəzi prospektdə tıxac yaratdı 19 Sentyabr 2020, 20:01 Nazirlikdən intihar edən müəllimə başsağlığı: “Qeyri-dəqiq məlumatların təqdimatı təəssüf doğurur” 19 Sentyabr 2020, 19:36 Xuraman Şuşalı 100 min xərclədiyi evini satışa çıxardı - VİDEO 19 Sentyabr 2020, 19:25 BDU-nun professorunu iş yerinə buraxmadılar - SƏBƏB 19 Sentyabr 2020, 19:11 Tofiq Yaqublu ilə bağlı qərar müxalifət üçün testdir - Azay Quliyev 19 Sentyabr 2020, 19:03 Prezident Qarabağ barədə DANIŞDI: “Xalq bilməlidir nələr baş verir” 19 Sentyabr 2020, 18:28 Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı 19 Sentyabr 2020, 18:20 Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır" 19 Sentyabr 2020, 18:12 Konstitusiya referendumuna ehtiyac varmı… – Partiya liderlərindən MÜNASİBƏT 19 Sentyabr 2020, 18:03 Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki….” – Ölkə başçısı 19 Sentyabr 2020, 17:52 1 həftəyə 13 milyard dollar QAZANDI 19 Sentyabr 2020, 17:40 İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir 19 Sentyabr 2020, 17:31 Prezident təməlqoyma mərasimində... - YENİLƏNİB 19 Sentyabr 2020, 17:24 Komitə sədri seçicilərlə onlayn görüş keçirdi - FOTO 19 Sentyabr 2020, 17:22 Gəncədə 22 yaşlı oğlan naməlum şəraitdə bıçaqlanıb 19 Sentyabr 2020, 17:13