Modern.az

Putinin varisi onun həyatını xilas etməyindən DANIŞDI

Putinin varisi onun həyatını xilas etməyindən DANIŞDI

9 Fevral 2016, 18:07

“Güllə dartağını ayının ayağına boşlatdım”


Tula vilayətinin yeni qubernatoru və Vladimir Putinə ən yaxın insanlardan sayılan Aleksey Dyumin prezidentlə münasibətlərindən danışıb.

Modern.az saytı Rusiyanın “Kommersant” qəzetinə istinadən xəbər verir ki, hələ Putinin mühafizə xidmətində çalışarkən Dyumin prezidenrin həyatını necə xilas etdyini təfərrüatı ilə danışıb.

“Gecə evdə keşik çəkirdim, Putin artı yarmışdı. Bu zaman stansiyadan mənə dedilər: “Ayı sizə doğru irəliləyir”. Əvvəl elə bildirm ki, kimsə mənlə zarafat edir, amma sonra qapıya çıxdım və gördüm ki, qabağımda kifayət qədər iri ölçülərə malik ayı balası dayanıb. Qapılar isə perimetr boyunca şüşədən hazırlanmışdı. Mən təbii ki, silahlı idim, yuxarıda prezident yatırdı... Biz ayı ilə bir-birimizin gözlərinə baxdıq, o bir qədər geri çəkildi və mən qapını açaraq tapançanın darağını onun ayaqlarına boşaltdım”.

Dyuminin sözlərinə görə, ayı bir qədər dayandıqdan sonra sakitcə dönüb gedib. Qubernator səhər Putinə gecəki hadisəni danışarkən dövlət başçısı onu ayı balasını öldürmədiyi üçün alqışlayıb. Putin gecə atəş səslərindən oyanmadığını deyib.

Aleksey Dyumin Putinlə bağlı daha bir xatirəsini bölüşüb. Çeçenistanda Znamenskoe kəndi azad olunduqdan sonra kənd ağsaqqalları ilə görüşə gedən Putin geri qayıdarkən göyərtəsində olduğu vertolyot az qala qəzaya uğrayacaqdı.

“Ağsaqqallarla görüşdən sonra Putin gəldiyimiz vertolyotla deyil, müşayiətedici vertolyotla getməli oldu. Mən prezidentə əsas vertolyotun o olmadığını desəm də, Putin mənə qulaq asmadı. Mən məcbur olub əsas vertolyota mindim, lakin o qəfildən tüstüləndi və 2 metr havaya qalxdıqdan sonra sərt şəkildə yerə çırpıldı”.

Aleklsey Dyumin  deyir ki, həmin an hamı Vladimir Putinin necə də düzgün addım atdığın anlayıb.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır