Modern.az

Azərbaycanlı vəkil Rusiyada tutuldu

 Azərbaycanlı vəkil Rusiyada tutuldu

23 Mart 2016, 21:49

 

Rusiya Federal Təhqiqat Bürosunun əməkdaşları dələduzluqda şübhəli bilinən azərbaycanlı Ramiz Məmmədovu martın 22-də saxlayıblar. Modern.az xarici mediaya istinadən bildirir ki, istintaqın versiyasına görə, bu ilin mart ayında şübhəli vəkil ona müraciət edən vətəndaşa ərinin məhkəmə hökmünün yüngülləşdirilməsi üçün vəd verib. Vəkil qadından 1,5 milyon rubl alandan sonra Samara vilayətində saxlanılıb.

Digər məlumata görə, Məmmədova pulu “Rosselxozbank”ın keçmiş əməkdaşı Marat Mukanqaliyevin arvadı verə bilər. Həmin şəxs bankdan 14 milyon rubl mənimsədiyinə görə həbs edilib. Ramiz Məmmədov isə məhkəmədə onu müdafiə edib. 21 epizod üzrə təqsirkar bilinən Marat Makanqaliyevi 2015-ci il dekabrın 28-də Krasnoarmeyski rayon məhkəməsinin federal hakimi Alevtina Yeryomin günahkar hesab edərək 6,5 il azadlıqdan məhrum olunması haqda hökm çıxarıb.

Bundan sonra, istintaqın versiyasına görə, Ramiz Məmmədov Mukanquliyevin arvadına hökmün yüngülləşdirilməsində yardımını təklif edib. Bu iş üzrə apelyasiya şikayətinə baxış martın 29-da Samara vilayət məhkəməsində baş tutmalı idi.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI