Modern.az

Paşinyanın Qarabağda döyüşməkdən imtina edən oğlu haradadır?

Paşinyanın Qarabağda döyüşməkdən imtina edən oğlu haradadır?

Qarabağ

30 Dekabr 2020, 10:28

Nikol Paşinyanın oğlu Aşotla bağlı yeni məlumat yayılıb.

Modern.az xəbər verir ki, yerli jurnalistlər oktyabrın 8-də hərbi xidmətə çağırılmış Aşot Paşinyanın hazırda tərxis olunub-olunmadığını öyrənmək üçün Müdafiıə Nazirliyi ilə əlaqə saxlayıb.

 

Qurum baş nazirin oğlu ilə bağlı konkret cavab verməyib.

“Sorğuda qeydə olunan informasiya ilə bağlı əlavə dəqiqləşdirici araşdırma aparılmalıdır”-deyə Nazirlik cavab verib. 

 

Xatırladaq ki, Aşot Paşinyan oktyabrın 8-də Qarabağ müharibəsi sırasında yenidən orduya çağırılmışdı. Amma yerli mətbuat Aşotun Qarabağa getməkdən imtina etdiyini və müharibəni Ermənistan ərazisində komfort şəraitdə başa vurduğunu yazırdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV