Modern.az

Rusiya müdafiə nazirinin müavini Xankəndiyə gəldi – FOTOLAR

Rusiya müdafiə nazirinin müavini Xankəndiyə gəldi – FOTOLAR

Qarabağ

31 Mart 2021, 09:52

Rusiya müdafiə nazirinin müavini Dmitri Bulqakov Qarabağa gəlib.

 

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, rusiyalı general Xankəndidə sülhməramlı kontingent üçün inşa edilmiş mobil hospitalın planı ilə tanış olub.

“Hazırda Dağlıq Qarabağda sülhməramlılar üçün 25 hərbi şəhərciyin inşası və istifadəyə verilməsi işləri gedir. Aprelin 5-dən gec olmayaraq, onların hamısı istifadəyə veriləcək”, - deyə məlumatda qeyd edilir.

 

Dmitri Bulqakovu Xankəndidə sülhməramlı kontingentin rəhbəri Rüstəm Muradov müşayiət edir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi