Modern.az

Xocalı sakinləri doğma yurda qayıdır? - Qarabağdan sensasiyalı XƏBƏR VAR

Xocalı sakinləri doğma yurda qayıdır? - Qarabağdan sensasiyalı XƏBƏR VAR

Qarabağ

12 Aprel 2021, 12:07

Ermənistanın sosial mediasında qalmaqallı xəbərləri ilə tanınan Qaqik Soqomonyan adlı bloger yeni sensasion məlumat yayıb.

 

Modern.az saytı xəbər verir ki, Soqomonyan Qarabağ terrorçularının rəhbəri Araik Arutunyanın aprelin 9-u axşam saat 22:00-23:00 aralığında Şuşa şəhərinə gəldiyini yazıb.

O, Arutunyanın Şuşada Azərbaycan Ordusunun yüksək çinli zabitləri ilə danışıqlar apardığını qeyd edib. Danışıqlar zamanı sülhməramlı missiyanın nəzarət etdiyi Xocalı şəhərinə azərbaycanlı məcburi köçkünlərin 2022-ci ildə dönüşü müzakirə olunub. Əvəzində Azərbaycanda saxlanılan erməni diversantların Yerevana təhvil verilməsi barədə fikir mübadiləsi aparılıb.

Qaqik Soqomonyan Ermənistan rəsmilərindən bu məlumata rekasiya verməyi tələb edib.

 

 

Sizə yeni x var
Keçid et
GƏRGİNLİK ARTDI! Öz işinizlə məşğul olun! -Bakıdan İrana sərt cavab