Modern.az

Gürcüstana namizəd statusu VERİLMƏDİ

Gürcüstana namizəd statusu VERİLMƏDİ

Dünya

23 İyun 2022, 22:56

Avropa İttifaqı Şurası Gürcüstana təşkilata üzvlüklə bağlı namizəd statusu verməyib.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “Twitter“ hesabında məlumat yayıb.

 

O qeyd edib ki, Aİ Gürcüstana həllini gözləyən prioritet məsələləri yerinə yetirdikdən sonra namizəd statusu verməyə hazırdır.

 

“Gürcüstanın gələcəyi Avropa İttifaqındadır”, - deyə Mişel bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?