Modern.az

Çində rekord sayda yoluxma qeydə alındı

Çində rekord sayda yoluxma qeydə alındı

Dünya

25 Noyabr 2022, 18:26

Çində son sutkada 32 943 nəfərdə koronavirusa yoluxma aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komissiyası məlumat yayıb.

 

Bildirilir ki, bu rəqəm əvvəlki günlə müqayisədə 4 faiz çoxdur. Məlumata görə, yeni yoluxma hallarının 90,5 faizi simptomsuzdur. Yoluxanların 250-ə yaxını xarici ölkədən gəlib.

 

Son sutkada qeydə alınan yoluxma sayı pandemiyanın başlanğıcından bəri yeni rekord hesab edilir. Bundan əvvəl Çində koronavirusa yoluxanların sayında rekord 29 411 yoluxma ilə aprelin 14-də qeydə alınıb.  Çin hakimiyyəti xəstəliklə mübarizə tədbirlərini sərtləşdirməyə davam edir.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu