Modern.az

Baş nazir 38 il sonra istefa verir - Hakimiyyətə oğlu gəlir

Baş nazir 38 il sonra istefa verir - Hakimiyyətə oğlu gəlir

Dünya

26 İyul 2023, 12:42

Kambocanın baş naziri Hun Sen istefa verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi baş nazirin açıqlamasına istinadən məlumat yayıb.

 

Məlumata görə, avqustun 10-da Hun Senin oğlu Hun Manet baş nazir təyin ediləcək. 

 

38 ildir ölkəni idarə edən Hun Senin rəhbərlik etdiyi hakim Kamboca Xalq Partiyası bir neçə gün əvvəl keçirilən parlament seçkilərində qələbə qazanıb. Kamboca kralının gələn ay Qərbdə təhsil almış general Hun Maneti baş nazir təyin edəcəyi gözlənilir. 

 

Hun Sen hakim partiyanın rəhbəri və parlamentin üzvü kimi qalacağını bildirib. Onun sözlərinə görə, yeni seçilmiş parlament avqustun 21-də toplanacaq, yeni baş nazir və yeni kabinet isə avqustun 22-də and içəcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi