Modern.az

ABŞ-də prezidentlərə hücumlar ənənə halını alıb - Rusiya XİN

ABŞ-də prezidentlərə hücumlar ənənə halını alıb - Rusiya XİN

Dünya

14 İyul 2024, 13:10

ABŞ-də prezidentlərə hücumlar ölkənin daxili-siyasi həyatında ənənə halına çevrilib.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova “Rossiya-24” telekanalında bildirib.

 

"Sui-qəsd cəhdi təəssüf ki, normaya çevrilən bir ənənədir", - Zaxarova deyib.

 

Rusiya XİN rəsmisi qeyd edib ki, ABŞ Ukraynanı maliyyələşdirməkdənsə, bu pulları öz daxili təhlükəsizliyinə yatırmalıdır.

 

Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri