Modern.az

İsrail HƏMAS-ın hərbi liderini öldürüb?

İsrail HƏMAS-ın hərbi liderini öldürüb?

22 İyul 2024, 10:32

İsrail Müdafiə Qüvvələri HƏMAS qruplaşmasının hərbi qanadının lideri Məhəmməd əl-Deyfin öldüyünü açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə İsrailin "Kanal 14" telekanalı məlumat yayıb.

 

Onun İsrailin hava hücumu nəticəsində öldüyü bildirilir. Məlumata görə, hücum iyulun 13-də Qəzza zolağının cənubundakı Xan Yunis əyalətinin əl-Məvasi bölgəsində baş verib. 

 

Zərbə nəticəsində iki nəfərin - Məhəmməd əl-Deyf və Xan Yunis briqadasının komandiri Rafa Salamanın öldürüldüyü bildirilir.

 

HƏMAS hərbi liderin ölümünü inkar edir. Ərəb və İsrail mətbuatı da hücumla bağlı fərqli məlumatlar yazır.

 

“Əl-Ərəbiyyə” yazır ki, zərbə zamanı Məhəmməd əd-Deyf Rafa Sələmənin yanında olub. “The Jerusalem Post” isə qeyd edir ki, əl-Deyf ağır yaralanmış ola bilər, lakin onun cəsədi zərbə yerində tapılmayıb. 

 

Qeyd edək ki, iyulun 13-də İsrail Qəzza zolağının cənubuna kütləvi hücum həyata keçirib. İsrail ordusunun mətbuat xidməti bildirib ki, zərbənin əsas hədəfi Məhəmməd əd-Deyf olub.

 

Mohammed al-Deyf 1965-ci ildə anadan olub. O, 2002-ci ildən HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssəm briqadalarına rəhbərlik edir. İsrail hərbçiləri 2002-ci ildən bəri təxminən on dəfə Məhəmməd əd-Deyfi öldürməyə cəhd ediblər. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri