Modern.az

Baydenə qarşı çevriliş edilib - Tramp

Baydenə qarşı çevriliş edilib - Tramp

Dünya

23 İyul 2024, 16:26

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hazırkı Amerika prezidenti Co Baydenə qarşı çevriliş edildiyi ilə razılaşır.

Modern.az xəbər verir ki, Tramp vitse-prezidentliyə namizəd Ceyms Devid Venslə “Fox News”  telekanalına birgə müsahibəsi zamanı “ABŞ-ın hazırkı prezidenti ilə bağlı vəziyyəti çevriliş adlandırmaq olarmı” sualına “Bir növ bəli” cavabını verib.

“Əgər Bayden prezidentliyə namizəd ola bilmirsə, prezidentin vəzifələrini yerinə yetirə bilmirsə və zehni olaraq xidmət etmək qabiliyyətinə malik olmadığı üçün onu vəzifədən uzaqlaşdırmaq istəyirlərsə, ABŞ Konstitusiyasına 25-ci Düzəlişə müraciət edin, amma bunu siyasi cəhətdən etmirsiniz.”, - deyə Ceyms Devid Vens demokratlara səslənib.

Tramp həmçinin bildirib ki, sui-qəsd cəhdindən sonra Baydenlə “xoş telefon danışığı” olub:

“O dedi ki, bəxtiniz gətirdi ki, başınızı çevirdiniz”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri