Modern.az

Məşhur fransız aktyor Zelenskidən müsahibə alacaq

Məşhur fransız aktyor Zelenskidən müsahibə alacaq

Mədəniyyət

22 Sentyabr 2022, 15:16

Məşhur fransız aktyor və kinorejissor Alen Delon Ukrayna prezidenti Volodimir Zelenskidən müsahibə alacaq.

Modern.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb. Müsahibə 23 sentyabrda - cümə günü TV5 Monde telekanalında baş tutacaq.


Bundan əvvəl Delon Rusiyanın apardığı müharibə ilə bağlı Ukraynaya dəstəyini ifadə edib.

"Ukrayna ilə bağlı baş verənlər məni çox üzdü və təsir etdi", - aktyor deyib.


Ötən gün sənətçi Fransanın televiziya kanallarından birinin efirində ukraynalı şair Taras Şevçenkoya həsr olunmuş verilişdə iştirak edib, müəllifin bir neçə misrasını oxuyub.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər