Modern.az

YAP-ın siyahısına düşməyən xanım deputat: "Fəaliyyətimi burada davam etdirəcəyəm"

YAP-ın siyahısına düşməyən xanım deputat: "Fəaliyyətimi burada davam etdirəcəyəm"

Parlament

23 İyul 2024, 16:22

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlər siyahısına düşməyən VI çağırış Milli Məclisin deputatlarından biri də Kamilə Əliyevadır. O, son seçkidə 111 saylı Zaqatala – Balakən seçki dairəsindən deputat seçilib.

 

Kamilə Əliyeva Modern.az-a məsələ ilə bağlı açıqlama verib.

 

O bildirib ki, Yeni Azərbaycan Partiyasının üzvüdür, Milli Məclisin 3 çağırışında YAP tərəfindən namizədliyi irəli sürülüb:

 

“Bu seçkilərdə namizədliyimin irəli sürülməməsinə hörmətlə yanaşıram. Partiyamız tərəfindən qəbul edilən bütün qərarlar mənim üçün qanundur. Bakı Dövlət Universitetinin genetika kafedrasının müdiri vəzifəsində çalışıram. Bundan sonra da fəaliyyətimi burada davam etdirəcəyəm. Ulu Öndər Heydər Əliyevin siyasi irsi və bu irsi layiqlə davam etdirən Müzəffər Prezidentimiz cənab İlham Əliyevin fəaliyyəti mənim həyat yolum olaraq qalacaq və mən bu siyasi kursa həmişə sadiq olacağam”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri