Modern.az

İran bu gün: molla rejiminə meydan oxuyan yeni dövrün qadınları - FOTOLAR

İran bu gün: molla rejiminə meydan oxuyan yeni dövrün qadınları - FOTOLAR

Reportaj

12 Noyabr 2022, 12:19

İranda ay yarım öncə kürdəsilli gənc qadın Məhsa Əmininin ölümündən sonra başlayan kütləvi etirazlar səngimək bilmir. İran hakimiyyəti rəsmilərinin iğtişaşların yatırıldığı barədə ard-arda verdikləri açıqlamalar bu ölkədən gələn son xəbərlərlə təkzib olunur.

Görünən odur ki, İran hakimiyyəti qanları bahasına azadlıq tələb edən qadınların başlatdığı hərəkat qarşısında çətin duruma düşüb.

İranda aksiyalara qoşulan gənc qızlar hicabsız şəkillər çəkdirib yaymaqla hazırkı durumu təsvir etməyə çalışır və öz mübarizələrində israrlı olduqlarrını nümayiş etdirirlər.

Belə şəkilləri İranda 1979-cu il İslam inqilabından əvvəl görmək olardı. O vaxt qadınlar üçün geyimlə bağlı indiki kimi ciddi qadağalar yox idi. İran qadınları nəhayət başlarını bağlamaq, uzun və geniş paltar geyinmək məcburiyyətindən xilas olmağa çalışırlar.

Modern.az saytı yeni dövrə yeni təfəkkürlə qədəm qoyan iranlı qadınların molla rejiminə meydan oxuyan son şəkillərini təqdim edir. Şəkillərdən görünür ki, iranlı qadınlar artıq rejimin qəddarlığından, polisin sərt davranışından belə qorxmadan küçəyə hicabsız çıxırlar...






















A.Qorxmaz
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir