23 mart 2019, Şənbə
Ana Səhifə - REPORTAJ - Rəşid Behbudovun sirli ölümü: “Məni aradan götürəcəklər” - TARİX
Rəşid Behbudovun sirli ölümü: “Məni aradan götürəcəklər” - TARİX
02.12.2015, 16:16

Prezident İlham Əliyev böyük sənətkar, SSRİ xalq artisti Rəşid Behbudovun 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. 1915-ci il dekabrın 14-də məşhur şuşalı xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlmiş Rəşid Behbudov 1989-cu il iyunun 9-da müəmmalı şəkildə dünyasını dəyişib.

O zamandan bəri müğənninin ölümü ilə bağlı bir neçə versiya dolaşır. Əsas ehtimal isə onun 1988-ci ildə baş tutan Hindistan səfəri ilə bağlıdır. Belə ki, o zaman özünün yaratdığı Mahnı Teatrının kollektivi ilə Hindistana səfər edən Rəşid Behbudov maraqlı bir faktla rastlaşır. Komandasına tərcüməçilik edən hindistanlı şəhərlərin birindən keçən zaman SSRİ-dən olan Şaumyanın burada basdırıldığını və dəfnində özünün də iştirak etdiyini deyir. O zaman SSRİ Ali Sovetinin deputatı olan azərbaycanlı müğənni buna çox təəccüblənir və həmin adamdan dəfnlə bağlı olan kaseti ona verməsini xahiş edir.

1988-1989-ci illərdə Dağlıq Qarabağ problemli başlayanda Rəşid Behbudov ərazi məsələləri üstündə SSRİ prezidenti Mixail Qorbaçovla dalaşır və erməni tarixinin uydurma olduğunu sübut etməkdən ötrü həmin kaseti ona verir. Bunu Rəşid Behbudovun həyat yoldaşı da təsdiq edib. Rəşid Behbudov xəstəxanada yatanda xanımına deyib ki, kaset məsələsinə görə onu aradan götürəcəklər.

Qeyd edək ki, müğənninin ölümü ilə bağlı teleməkanda ilk dəfə "Ölümdən 24 saat əvvəl" verilişində geniş araşdırma aparılıb.

Modern.az saytı Hindistan səfəri zamanı Rəşid Behbudovun yanında olmuş tanınmış müğənni, xalq artisti Bilal Əliyevlə bu mövzuda söhbət edib. Bilal Əliyev bizə açıqlamada kasetlə bağlı maraqlı detaldan danışdı:

“1988-ci il idi. O zaman Rəşid müəllimlə birlikdə rəhbərlik etdiyi Mahnı Teatrının üzvləri bir ay Hindistanda səfərdə olduq. Bizə Ravi adlı hindistanlı tərcüməçi də vermişdilər. Rus-ingilis dilləri arasında tərcümanlıq edirdi. Dəqiq yadımda deyil, ya Mədrəsə, ya da Kəlküttə şəhərinə gedən zaman bir kəndin yanından ötəndə Ravi dedi ki, “burada siz tərəfdən bir nəfər dəfn edilib. Adı Stepan Şaumyandır, uzun müddət burada yaşayıb və 10 il bundan qabaq rəhmətə gedib”.

Rəşid müəllim o zaman istəmədi ki, qastrol heyətinin əhvalı korlansın, bununla bağlı söz-söhbət yaransın. Ona görə də bu söhbəti ikilikdə etmək istədi. Çünki o həm də Ali Sovetin deputatı idi. Rəşid müəllim həmişə elə bilib ki, mən rus dilini bilmirəm. Çünki başa düşsəm də, yaxşı danışa bilmədiyim üçün Rəşid müəllimin yanında rusca bir kəlmə də kəsmirdim. Ona görə də uşaqların hamısı durub gedəndə məni ayağa qalxmağa qoymadı. Dedi, “Bilalçik sən otur”. Sonra tərcüməçiyə tərəf dönüb dedi ki, “bu oğlan rusca heç nə bilmir, sən məni başa sal ki, bu nə məsələdir? Nə Şaumyan, nə dəfn, nə məzar?!”.  Ravi dedi ki, “bəli, Şaumyan burada yaşayıb və burada da dəfn olunub. Mən hətta onun dəfnində də iştirak etmişəm”.
Onda Rəşid müəllim dedi ki, “həmin dəfnlə bağlı kaseti görə bilərəm?”. Ravi dedi ki, “bəli, Bombeyə qayıdım, lazımı adamlarla danışım, sonra sizə kaseti verərəm”. Mənim yanımda olan söhbət bu qədər olub”.

Bilal Əliyevin yanında söhbətin yalnız bir hissəsi olub. Amma həmin şəxs vasitəsilə Rəşid Behbudova kaset verilib. Xüsusi nüfuz sahibi olan müğənni o zaman Moskvaya gələrək həmin kaseti Qorbaçova fakt kimi təqdim edib. Çünki bu kaset rus-erməni işbirliyinin və Şaumyanın güllələnməməsinin bir sübutu idi. Hər şey də bundan sonra başlayıb:

Bilal Əliyev: “Sonradan Bakıya qayıdanda maraqlı bir söhbətin şahidi oldum. Yəni o vaxt insanların danışdıqlarını indi sizə açıqlayıram. O zaman deyirdilər ki, Rəşid Behbudov Hindistandan bir kaset gətirib və Qorbaçovla görüşəndə ona təqdim edib. Ondan sonra mübahisə düşüb və Rəşid Behbudovu SSRİ Ali Sovetindən uzaqlaşdırıblar. Onda mən barmağımı dişlədim ki, aha, sən demə, söhbət həmin kasetdən gedirmiş”.

Bu kasetə əslində sonun başlanğıcı da demək olar. Ondan sonra Ali Sovetdən uzaqlaşdırılan Rəşid Behbudov hər il getdiyi tibbi komissiyanın müalicələrinə buraxılmır. Bilal Əliyev bu barədə ətraflı danışır:

“Rəşid Behbudov haqqında nə istəsəniz məndən soruşun. Çünki mən ona övladı qədər yaxın idim. Biz bilirdik ki, onun səhhətində, xüsusən də böyrəklərində problemlər var. Hətta özü ikilikdə mənə demişdi ki, onun sidik kisəsində də hansısa problem var. Amma son hadisələr, Ali Sovetdən uzaqlaşdırılması, başqa deputatların yanında aşağılanması ona pis təsir etdi. Ondan sonra xəstə yatdı. Həyat yoldaşı Ceyran xanım, bir də teatrın o zamankı direktor müavini Eduard gəlib onun səhhəti barəsində danışırdılar. Onların danışığından eşitdik ki, Rəşid müəllimi o zaman Moskvada xüsusi tibbi komissiyaya da qoymayıblar. Hərçənd ki, Rəşid müəllim həmişə ora gedirdi. Ceyran xanımın bəzi müraciətlərindən sonra bu qadağa aradan qaldırıldı. Sonra çağırdılar. Bəlkə də bu çağırışda xüsusi planları olub, onu mən deyə bilmərəm”.

Elə bu çağırış Rəşid Behbudovun Moskvaya, ümumiyyətlə, bu dünyadakı hansısa bir şəhərə sonuncu səfəri olub: “Ceyran xanım və Eduard bu haqda  danışırdılar. Mən də onlardan eşitmişəm. Deyirdilər ki, “biz Rəşid müəllimin olduğu palatanın qapısının azında gözləyirdik. Qəfildən, gözləmədiyimiz halda tibb bacısı çölə çıxıb dedi ki, “Rəşid Behbudov dünyasını dəyişib”. Biz şok olduq. Tez içəri girdik. Gördük ki, sistem-filan, nə varsa hamısını çıxarıblar. Səs-küy salıb dedik nə ixtiyarınız var ki, sistemi çıxarasınız”. Onlara da yalandan deyiblər ki, guya, Rəşid müəllim yerində çapalayanda sistem çıxıb”.

Söhbətin bu yerində müğənniyə “Bilal müəllim, belə söhbət də var ki, Rəşid Behbudovun özü xanımına deyibmiş ki, o kasetdən və Qorbaçovla mübahisədən sonra onu aradan götürəcəklər. Bu haqda nə bilirsiniz” sualını verdik.
Xalq artistinin cavabı belə oldu:

“Mən o zaman başqa yerdə olmuşam. Rəşid Behbudov dünyasını dəyişəndə Naxçıvanda toyda idim. O zaman Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Fəttah Heydərovun müavini Sveta xanım mənə yaxınlaşaraq dedi ki, “bir xəbər deyəcəyəm, amma toxtaq ol, Rəşid müəllim rəhmətə getdi”. Diz üstə çökərək ağladım. Toy da yarımçıq qaldı. Məni Bakıya yola saldılar. O zaman vəziyyət başqa cür idi. Əbdürrəhman Vəzirov ölkəyə rəhbərlik edirdi. Amma onu deyim ki, dəfn pis təşkil olunmadı. Vəzirovun özü də ora gəlmişdi.

Rəşid müəllimin çox arzusu ürəyində qaldı. Məsələn, mənə deyirdi, “bunlara, yəni rəhbərliyə çox deyirəm ki, yoldaşım məndən cavandır, qoy məndən sonra Mahnı Teatrına o rəhbərlik etsin. Çünki dünyada ilk Mahnı Teatrını mən yaratmışam və xanımın bu zaman yanımda olub. Teatrın bütün işlərini bilir”. Amma ona imkan vermədilər. Çox söz-söhbətlər oldu. Bunları mənə Rəşid müəllim danışıb. Mən də danışım ki, el-oba, xalq bunlardan xəbərdar olsun”.

Dünya şöhrətli müğənninin ölümü bu gün də müxtəlif səbəblərlə izah edilir. Amma əsas səbəb kimi yuxarıda danışılan detal göstərilir. Bir neçə il bundan qabaq AMEA-nın Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov da çıxışında müğənninin ölümünü Şaumyanla bağlı olan məsələlərin izini silməklə əlaqələndirmişdi:

Onun dediyinə görə, bu faktla bağlı əsas məqamlardan biri sovet hökumətinin liderlərindən olan Anastas Mikoyanın Stepan Şaumyanla bağlı izi itirməyə çalışmasıdır: “Mikoyan uzun müddət izi itirməkdən ötrü məlumat verib ki, guya o, Şaumyanla bağlı Hindistan arxivlərinə sorğu göndərib və ona orada heç bir sənədin olmadığını deyiblər. Guya, onun oğlu Serqo Mikoyan da eyni şəkildə arxivlərə müraciət edib. Guya, bu sənəd tapılmayıb. İngilis jurnalisti Brayn Pirs isə Hindistana, Dehliyə gedərək arxivə müraciət edib. Arxivdən ona arayış veriblər ki, Mikoyan soyadlı şəxslər həmin arxivə müraciət etməyiblər. Bunların hamısı çox aydın sübut edir ki, güllələnən “26-lar” sırasında Şaumyan olmayıb”.

Yaqub Mahmudovun sözlərinə görə, sovet dövründə turizm xətti ilə Hindistana gedən şəxslərdən Stepan Şaumyanın Hindistanda qaldığı evlərdə olanlar da var.

Elmin NURİ


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Daşdəmir
06.12.2015, 16:11

Rəşid Behbudov çox böyük sənətkardır. Amma o Qorbaçovla harada dalaşıb? SSRİ prezidenti ilə Qarabağ üstündə dalaşmaq və ona kaset vermək elə-belə məsələ deyil. Bu barədə o niyə qəzetlərə məlumat verməyib. Həmən kasetin kopyasını niyə çıxarmayıb. Niyə kaseti öz dövlət orqanlarımıza, jurnalistlərimizə verməyib. Şaumyanın dəfni niyə kasetə çəkilib. Bəlkə bu əhvalat SSRİ Mədəniyyət Fondunun sədri Raisa Qorbaçova ilə baş verib. Bu kaset məsələsi barədə indiyəcən mətbuatda çox yazılıbdı. Hər dəfə də başqa çür təsvir olunur. Bilal Əliyev indiyəcən harda idi ki bu kasset əhvaları 10-15 ilə ortaya çıxanda danışmırdı? Bu məsələ barədə yaxşıca bir jurnalist araşdırması aparmağa dəyər. Bəlkə o kasetdə SSRİ rəhbərliyindən kiminsə dəfndə iştirakı var imiş. Elə Vəzirovun özü də ermənipərəst idi, az aşın duzu deyildi axı...

ARİZ ABDULƏLİYEV
07.12.2015, 23:13

Bu Daşdəmir soydaşımızın qaldırdığı suallarda həqiqət var. Doğrudan da, kaset məsələsi haqqında çoxdandır danışılır, qəzetlərə, jurnallara bu barədə məlumatlar deyilir, hər dəfə də başqa cür. Axı bu Qarabağla bağlı olan cinayət hadisəsidir. İkincisi, bu erməni daşnakçısı Şaumyan barədə tarixçilərin susduğu həqiqəti dünyaya bəyan edən kasetdir. Üçüncü, bu birbaşa Rəşid Behbudov kimi XX əsrin qüdrətli musiqi xadiminin öldürülməsinə səbəb olan cinayətdir. Bəli, ciddi jurnalist tədqiqatı lazımdır. Özü də bu tədqiqat bütün dünyada böyük marağa səbəb ola bilər. Qorbaçovu, onun qargüruh ermənipərəst ətrafını ifşa edə bilər. Mənə elə gəlir Azərbaycanın hüquq-mühafizə, təhlükəsizlik orqanları da mediada zaman-zaman verilən bu məlumatı yoxlamalı, istinraq işi aparmalı, lazım gələrsə, cinayət işi qaldırmalıdırlar. Necə də olmasa, söhbət Rəşid Behbudova qarşı cinayət əməlindən gedir.

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma: 2 nəfər öldü
23.03.2019, 00:12

İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma: 2 nəfər öldü

Zaqatalada canavarlar 40-dan çox  heyvanı parçaladı
22.03.2019, 23:57

Zaqatalada canavarlar 40-dan çox  heyvanı parçaladı

Avropadakı aksiyada Quranı yandırdılar - VİDEO
22.03.2019, 23:41

Avropadakı aksiyada Quranı yandırdılar - VİDEO

Türkiyədə ABŞ dolları kəskin bahalaşdı
22.03.2019, 23:23

Türkiyədə ABŞ dolları kəskin bahalaşdı

Şəkidə tütün əkini sahələri 153 hektar artırılacaq
22.03.2019, 23:11

Şəkidə tütün əkini sahələri 153 hektar artırılacaq

Xınalıq yolunda hərəkət bərpa olundu
22.03.2019, 22:54

Xınalıq yolunda hərəkət bərpa olundu

ABŞ Suriyanın terrorçulardan təmizləndiyini açıqladı
22.03.2019, 22:35

ABŞ Suriyanın terrorçulardan təmizləndiyini açıqladı

Kasprşik Paşinyanla Qarabağ münaqişəsini müzakirə etdi
22.03.2019, 22:19

Kasprşik Paşinyanla Qarabağ münaqişəsini müzakirə etdi

Fransada etirazçılar güllələnə bilər
22.03.2019, 22:01

Fransada etirazçılar güllələnə bilər

Mülki vertolyotun qəzaya uğraması nəticəsində iki nəfər öldü
22.03.2019, 21:44

Mülki vertolyotun qəzaya uğraması nəticəsində iki nəfər öldü

Ayfon istifadəçiləri üçün yenilik
22.03.2019, 21:26

Ayfon istifadəçiləri üçün yenilik

Turistləri daşıyan avtobus yandı
22.03.2019, 21:11

Turistləri daşıyan avtobus yandı

ABŞ-dan İrana qarşı yeni sanksiyalar
22.03.2019, 20:53

ABŞ-dan İrana qarşı yeni sanksiyalar

Adil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLAR
22.03.2019, 20:46

Adil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLAR

Ağakərimin müalicədən sonra yeni görüntüsü yayıldı - FOTO
22.03.2019, 20:38

Ağakərimin müalicədən sonra yeni görüntüsü yayıldı - FOTO

Azərbaycan qazının Avropaya nəqlində növbəti mərhələ
22.03.2019, 20:28

Azərbaycan qazının Avropaya nəqlində növbəti mərhələ

Suriyada onlarla insanı qətlə yetirən şəxs tutuldu
22.03.2019, 20:16

Suriyada onlarla insanı qətlə yetirən şəxs tutuldu

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırılanlar məlum oldu    
22.03.2019, 20:15

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırılanlar məlum oldu  

Azərbaycanda böyrək köçürülənlərin sayı AÇIQLANDI
22.03.2019, 20:00

Azərbaycanda böyrək köçürülənlərin sayı AÇIQLANDI

İran XİN başçısı Türkiyəyə getdi
22.03.2019, 17:29

İran XİN başçısı Türkiyəyə getdi

Nazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdi
22.03.2019, 16:59

Nazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdi

Axtarışda olan şəxs saxlanıldı
22.03.2019, 16:01

Axtarışda olan şəxs saxlanıldı

Balakən sakininin evindən silah və narkotik tapıldı
22.03.2019, 15:26

Balakən sakininin evindən silah və narkotik tapıldı

Niderlandda nanotexnologiya şirkət yaradan azərbaycanlı
22.03.2019, 15:00

Niderlandda nanotexnologiya şirkət yaradan azərbaycanlı

Azercell əmək sərgisində
22.03.2019, 14:48

Azercell əmək sərgisində

Ərdoğan Trampın Colan təpələrinə dair bəyanatını sərt tənqid etdi
22.03.2019, 14:12

Ərdoğan Trampın Colan təpələrinə dair bəyanatını sərt tənqid etdi

Sabahın hava PROQNOZU
22.03.2019, 13:23

Sabahın hava PROQNOZU

I qrup əlillərə Prezident təqaüdü veriləcək
22.03.2019, 13:19

I qrup əlillərə Prezident təqaüdü veriləcək

Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırıldı
22.03.2019, 13:16

Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırıldı

Pakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdi
22.03.2019, 12:59

Pakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdi

Rəsmi Bakı Argentina ilə əlaqələri genişləndirmək istəyir
22.03.2019, 12:54

Rəsmi Bakı Argentina ilə əlaqələri genişləndirmək istəyir

Rusiyanın Yunanıstandakı səfirliyi qarşısında PARTLAYIŞ
22.03.2019, 12:16

Rusiyanın Yunanıstandakı səfirliyi qarşısında PARTLAYIŞ

Taleh Bağırovun həyat yoldaşı həbsxanaya telefon keçirməyə cəhd edib
22.03.2019, 12:13

Taleh Bağırovun həyat yoldaşı həbsxanaya telefon keçirməyə cəhd edib

Ötən il Azərbaycanda açılan iş yerlərinin sayı...
22.03.2019, 12:03

Ötən il Azərbaycanda açılan iş yerlərinin sayı...

İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir”
22.03.2019, 11:34

İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir”

Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
22.03.2019, 11:11

Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür

General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”
22.03.2019, 10:54

General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”

Çində kimyəvi zavodda partlayış - 47 ölü, 640 yaralı
22.03.2019, 10:16

Çində kimyəvi zavodda partlayış - 47 ölü, 640 yaralı

Deputat Novruz Aslanov doğum gününü qeyd edir   
22.03.2019, 10:16

Deputat Novruz Aslanov doğum gününü qeyd edir  

Goranboyda dəhşətli qəza – 2 nəfər yanaraq öldü
22.03.2019, 10:07

Goranboyda dəhşətli qəza – 2 nəfər yanaraq öldü

Zakir Həsənov pakistanlı həmkarı ilə hərbi əməkdaşlığı müzakirə etdi
22.03.2019, 10:03

Zakir Həsənov pakistanlı həmkarı ilə hərbi əməkdaşlığı müzakirə etdi

Şamaxıda partlamamış hərbi sursat tapıldı - FOTOLAR
22.03.2019, 09:44

Şamaxıda partlamamış hərbi sursat tapıldı - FOTOLAR

Qarabağ cəbhəsində şiddətli atışma oldu
22.03.2019, 09:41

Qarabağ cəbhəsində şiddətli atışma oldu

Azərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİB
22.03.2019, 01:53

Azərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİB

İraqda bərə qəzası: ölü sayı 85-ə çatdı - YENİLƏNİB
21.03.2019, 23:41

İraqda bərə qəzası: ölü sayı 85-ə çatdı - YENİLƏNİB

NATO-nun baş katibi Gürcüstana gəlir
21.03.2019, 23:24

NATO-nun baş katibi Gürcüstana gəlir

Güclü duman Biləsuvarda hərəkəti çətinləşdirdi
21.03.2019, 23:01

Güclü duman Biləsuvarda hərəkəti çətinləşdirdi

Azərbaycan və Xorvatiya  milli komandalarının start heyətləri açıqlanıb
21.03.2019, 22:43

Azərbaycan və Xorvatiya  milli komandalarının start heyətləri açıqlanıb

Avropa İttifaqı “Brexit”lə bağlı təcili toplana bilər
21.03.2019, 22:30

Avropa İttifaqı “Brexit”lə bağlı təcili toplana bilər

Ziya Məmmədov villasını satışa çıxardı
21.03.2019, 22:14

Ziya Məmmədov villasını satışa çıxardı

ARXİV