Modern.az

Bir ailənin üzvləri qəzada yaralandı

Bir ailənin üzvləri qəzada yaralandı

10 İyun 2023, 21:21

Şəmkir rayonunda avtomobil qəzası olub, bir ailənin 3 üzvü xəsarət alıb.

 

Modern.az-ın məlumatına görə, hadisə Şəmkir rayonunun Yeni Həyat kəndində qeydə alınıb.

 

İki minik avtomobilinin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Nargilə Bayramova, onun oğlu, 2016-cı il təvəllüdlü F.Qurbanov, 2018-ci il təvəllüdlü Z.Qurbanova və digər avtomobildə olan 2005-ci il təvəllüdlü Nizami Həsənov xəsarət alıb.

 

Zərərçəkmişlər xəstəxanaya aparılıb, vəziyyətləri kafi və qənaətbəxş qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir