Modern.az

Türkiyə seçkiləri A-dan Z-yə... - MODERN.AZ-IN İCMALI

Türkiyə seçkiləri A-dan Z-yə... - MODERN.AZ-IN İCMALI

2 İyun 2023, 12:00

Türkiyədə prezident və parlament seçkiləri geridə qaldı. Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) 28-ci çağırış parlament tərkibi, sabah isə 13-cü dönəm prezidentlik üçün Rəcəb Tayyib Ərdoğan and içərək fəaliyyətə başlayacaq.

 

Məlum olduğu kimi, 14 mayda həm parlament, həm də prezident seçkiləri baş tutdu.

 

Parlament seçkilərinin rəsmi nəticəsinə əsasən, 87.05 faiz seçici aktivliyinin olduğu bu seçkilərdə iqtidardakı "Cümhur İttifaqı" parlament çoxluğu əldə etdi. Belə ki, Ədalət və İnkişaf Partiyasının proporsional siyahısından 268, Yenidən Rifah Partiyasının siyahısından 5, Milliyyətçi Hərəkat Partiyasının siyahısından 50 nəfər parlamentə düşdü.

 

Əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın iki proporsional siyahı ilə qatıldığı seçkilərdən əldə etdiyi nəticə isə Cümhuriyyət Xalq Partiyasının proporsional siyahısından 169, İYİ Partiya siyahısından isə 43 siyasətçinin mandat qazanması oldu. Müxalifətdəki digər ittifaq olan "Əmək və Azadlıq İttifaqı" da seçkilərə iki proporsional siyahı ilə getmişdi ki, bunlardan Yaşıl Sol Partiyanın siyahısından 61, Türkiyə Fəhlə Partiyasının siyahısından isə 4 nəfər parlamentari adını daşımağa müvəffəq oldu.

 

Parlament seçkilərinə qatılan digər siyasi qüvvələr isə 7 faizlik minimal səs bariyerini keçə bilmədiyi üçün deputat yeri əldə edə bilmədi.

 

 

Prezident seçkiləri isə 14 mayda yekunlaşmadı. Belə ki, ilk turda heç bir namizəd lazım olan 50%+1 səs toplaya bilmədi. Belə ki, "Cümhur İttifaqı"nın namizədi Rəcəb Tayyib Ərdoğan 49.52 faiz, "Millət İttifaqı"nın namizədi Kemal Kılıçdaroğlu 44.88 faiz, "ATA İttifaqı"nın namizədi Sinan Oğan 5.17, seçkilərdən 3 gün əvvəl namizədliyini geri götürsə də, hüquqi və formal baxımdan namizəd olaraq qaldığı üçün adı seçki bülletenində olan Məmləkət Partiyasının namizədi Muharrem İnce isə 0.43 faiz səs topladı.

 

Beləliklə, Türkiyə seçiciləri prezidentlərini seçmək üçün 28 mayda - seçkilərin ikinci turunda yenidən səs verməli oldular. Ərdoğan və Kılıçdaroğlunun yarışdığı ikinci turdan əvvəl "ATA İttifaqı" dağıldı. İttifaqın namizədi Sinan Oğan Ərdoğanı, ittifaqın əsas siyasi qüvvələri olan Zəfər Partiyasının sədri Ümit Özdağ və Ədalət Partiyasının sədri Vecdet Öz isə Kılıçdaroğlunu dəstəklədiklərini elan etdilər. Seçkilər ikinci tura qalacağı təqdirdə Ərdoğanın rəqibini dəstəkləyəcəyini bəyan etmiş digər namizəd Muharrem İnce isə vədinə xilaf çıxaraq tərəfsizliyini elan etdi.

 

Türkiyə Ali Seçki Komissiyasının dünən açıqladığı rəsmi nəticələrə əsasən, prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğan 27 834 589 səslə (52.18 faiz) birinci, Kemal Kılıçdaroğlu isə 25 504 724 səslə (47.82 faiz) ikinci olub. Ölkə üzrə seçici aktivliyi 85.72 faiz təşkil edib.

 

Qarşıda - 2024-cü ilin martında Türkiyəni yenidən seçkilər gözləyir. Bu dəfə bələdiyyə seçkiləri...

 

 

Bu dövrdə Modern.az-ın xəbərləri, eksklüziv açıqlamaları, müsahibə, rəy və şərhləri ilə yanaşı, "Analitika" bölməsində Türkiyədəki seçkilərlə bağlı xeyli sayda araşdırma və təhlil tipli analitik material dərc olunub.

 

Onlardan bəziləri ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:

 

 

Türkiyə prezidentliyinə namizədlərin həyat yolu: Oğandan Ərdoğana...

 

 

 

Türkiyədə seçkilərə təsir edən faktorlar - Seçici psixologiyası

 

 

 

“D'Hondt” seçki sistemi - Türkiyədə səslər necə hesablanır? - ARAŞDIRMA

 

 

 

Prezidentliyə namizədlərin ailələri, övladları - NADİR FOTOLAR

 

 

 

Türkiyədə sonuncu parlament seçkiləri - Kim harada nə qədər yer qazanıb?

 

 

 

Ərdoğanın seçki kampaniyaları - 2014 və 2018 nümunələri...

 

 

 

Prezidentliyə namizədlərin xarici siyasət prioritetləri - ARAŞDIRMA

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir